STAR neft emalı zavodunda bütün qurğular istismara verilib
Tarix: 29.03.2019 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri işgüzar səfər çərçivəsində Əliağa yarımadasında olub, Petkim, STAR neft emalı zavodu (NEZ), SOCAR Terminalı və şirkətə məxsus olan digər müəssisələrin cari vəziyyəti ilə tanış olub, STAR zavodu İdarə Heyətinin toplantısında iştirak ediblər.
SOCAR-dan verilən məlumata görə, iclasda qeyd olunub ki, zavodun tam istismar gücünə çatdırılması ilə əlaqədar istehsalat göstəricilərində ilin əvvəlinə nisbətən mühüm irəliləyiş əldə olunub. 5 ay müddətində əsas sazlama işləri uğurla tamamlanıb, zavodun bütün qurğuları istismara verilib. STAR NEZ artıq yanvar ayında “SOCAR Türkiyə”nin neft emalı-neft kimya inteqrasiyası çərçivəsində istehsal etdiyi ilk nafta məhsulunu “Petkim”ə tədarük edib, dizel və təyyarə yanacağını isə fevral ayından etibarən bazara çıxararaq Türkiyə və Azərbaycanın iqtisadiyyatına töhfələr verməyə başlayıb.
STAR NEZ ən son texnologiyalarla təchiz olunub. Sənaye 4.0 tələblərinə uyğun layihələndirilən zavodda rəqəmsallaşma infrastrukturunun təkmilləşdirilməsi üzrə işlər davam edir. İclasda STAR zavodunun rəhbərliyi qarşısında istismar dövründə əməliyyat effektivliyinin təşkili ilə bağlı konkret vəzifələr qoyulub və müvafiq tələblər müəyyən edilib.
SOCAR-ın STAR neft emalı zavodunun illik emal gücü 10 milyon tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı (1,6 milyon ton), nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında STAR NEZ ilə yanaşı, SOCAR-ın Petkim neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.05.2020
Azərbaycan innovativ ideyaların tətbiqində çevik addımlar atır
23.05.2020
Ölkəyə gətirilən tibbi ləvazimatlara görə daha bir ay gömrük rüsumu ödənilməyəcək
23.05.2020
Nazirlər Kabineti istehsalçıların toxum təminatı ilə dəstəklənməsi üçün 5 milyon manat ayırıb
23.05.2020
İqtisadiyyat Nazirliyi bir sıra sahibkarlıq subyektlərinə müraciət edib
23.05.2020
“Bank müqavilələrinin müşayiəti” mövzusunda işgüzar görüş

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info