“Yoxsulluğun yüksək səviyyəsinə görə Ermənistan regionun lideridir”
Tarix: 29.03.2019 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Ermənistan parlamentinin deputatı Mikael Melkumyan qanunverici orqanda “Ermənistan Respublikası hökumətinin proqramının yerinə yetirilməsi vəziyyəti haqqında” hesabatın müzakirəsi zamanı deyib: “Məxməri inqilab”dan bir il sonra ölkədə hansı dəyişikliklərin baş verməsinə diqqət yetirmək lazımdır. Regionda ən yüksək 18 faizlik işsizlik səviyyəsi Ermənistandadır, halbuki Gürcüstanda bu göstərici 12,7 faiz, Azərbaycanda 5 faiz, Türkiyədə 13,5 faiz, Rusiyada 4,9 faiz, Qazaxıstanda 4,8 faiz, Moldovada isə 2,9 faizdir”. Deputat Ermənistanın yoxsulluq səviyyəsinə görə də regionda ilk yeri tutduğunu diqqətə çatdırıb. “Yoxsulluğun yüksək səviyyəsinə görə Ermənistan 29,4 faizlə regionun lideridir. Bu göstərici Gürcüstanda 21 faiz, Azərbaycanda 5 faiz, Türkiyədə 1,6 faiz, Rusiyada 13,6 faizdir. Ötən il Ermənistanda xarici sərmayələrin həcmi 246 milyon dollar olub ki, bu rəqəm Gürcüstan (1,8 milyard dollar), Azərbaycan (2,9 milyard dollar), Türkiyə (10 milyard dollar) və Rusiyadan (25 milyard dollar) xeyli azdır”, - deyə Melkumyan statistik göstəriciləri təqdim edib. O, xarici borcların da iqtisadiyyata müsbət təsiri olmayacağını qeyd edib. Erməni deputat vurğulayıb ki, ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün təkcə xoş niyyət yetərli deyil. İqtisadi islahatların həyata keçirilməsinə böyük maliyyə vəsaitləri tələb olunur: “Əgər hakimiyyətin yuxarı dairələrində xoş niyyət varsa, bu, o demək deyil ki, aşağılarda işin səmərəliliyi artıb. Dövlət strukturlarının aşağı və orta təbəqələrində dövlətçiliyə münasibət dəyişməyib. İndi də vəsaitlərin mənimsənilməsi və dağıdılması prosesi davam edir”. Xatırladaq ki, xalqa verdiyi vədləri həyata keçirmək iqtidarında olmayan Paşinyanın reytinqi azalmaqda davam edir. Belə ki, “Qraparak” nəşri yazır ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mütəmadi olaraq keçirdiyi sorğuya əsasən, bu ilin yanvar ayının sonlarında 51 faiz reytinqə sahib olan Nikol Paşinyana qarşı olan ümidlər getdikcə azalmaqdadır. Qəribə də olsa, bu ərəfədə sabiq baş nazir Serj Sarkisyan və Ermənistan Respublikaçılar Partiyasının reytinqində artım müşahidə edilməkdədir. Belə ki onların reytinqi 4 faizdən 8 faizə qalxıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Sankt-Peterburqda Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi anılıb
28.05.2020
Belarusda 219 nəfər koronavirus infeksiyasından ölüb
27.05.2020
Moskvada karantin rejiminin müddəti iyunun 14-dək uzadılıb
26.05.2020
Ermənilərin böyük yalanları -VİDEO
26.05.2020
Gürcüstanın Rusiyadan aldığı təbii qazın həcmi artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info