Nazir: “Macarıstan Cənub Qaz Dəhlizi layihəsində iştirakda maraqlıdır”
Tarix: 29.03.2019 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Syartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir Macarıstanın xarici işlər və ticarət naziri ilə ötən il Moskvada “Rusiya enerji həftəsi” adlı beynəlxalq forum çərçivəsində baş tutmuş görüşdə enerji sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu xatırladıb və bu səfərin isə yeni imkanlar yaratdığını qeyd edib.
Macarıstanın enerji təchizatının mövcud vəziyyəti, qaza olan tələbatı barədə məlumat verən P.Syarto qaz bazarının şaxələndirilməsi ilə bağlı planlardan danışıb. Macarıstanın gələcəkdə Cənub Qaz Dəhlizi layihəsində iştirakda maraqlı olduğunu qeyd edib.
Görüşdə Cənub Qaz Dəhlizinin icra vəziyyəti, genişləndirilmə perspektivləri, növbəti mərhələdə ötürücülük qabiliyyətinin artırılması imkanları və işlənmədə olan qaz yataqları barədə məlumatlar diqqətə çatdırılıb.
Enerji sahəsində əməkdaşlığın inkişafı məqsədilə Hökumətlərarası Komissiya çərçivəsində müvafiq işçi qrupunun yaradılması təklif edilib.
Söhbət zamanı Azərbaycanla Macarıstan arasında əməkdaşlığın digər istiqamətləri, eləcə də regional enerji təhlükəsizliyi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verib
28.05.2020
Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində Azərbaycan bayrağı əks olunub
28.05.2020
Tbilisidə teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
28.05.2020
Kaliforniya qubernatoru ermənilərin xahişini rədd edib
28.05.2020
AİHM erməni “zinvor”un həyatına 15 min funt qiymət qoyub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info