Tyutor hazırlığı üzrə distant formada sertifikat proqramı
Tarix: 29.03.2019 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant formada “Tyutor hazırlığı” üzrə sertifikat proqramı təşkil olunacaq. Sertifikat proqramının təşkilində məqsəd Azərbaycan Respublikası təhsil qanunvericiliyinin və Bolonya prosesinin tələbləri nəzərə alınmaqla tədris prosesinin hər mərhələsində tələbələrə peşəkar xidmət göstərə biləcək akademik məsləhətçilərin hazırlanmasıdır. Kursun proqramı tədris prosesinin bütün mərhələlərini əhatə edir və bu sahədə təcrübəli ekspertlər öz bliklərini və praktik təcrübələrini təlim iştirakçıları ilə paylaşacaqlar.
Proqram aprelin 15-dən başlayaraq başlayaraq 3 ay müddətinə təşkil olunacaq. Proqram iştirakçıları olduqları məkanı tərk etmədən təlimlərə distant formada qatıla biləcəklər.
Kursu müvəffəqiyyətlə bitirən iştirakçılar topladıqları bala uyğun sertifikatla təmin olunacaqlar. Proqram ödənişlidir.
Sənəd qəbulu elektron qaydada www.kabinet.unec.edu.az linkindən qeydiyyatdan keçməklə aparılır. Namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda kursda iştirak etmək hüququ qazanırlar.
Sənədlərin qəbulu 2019-cı ilin martın 12-dən aprelin 12-dək aparılacaq.
Kursda iştirak etmək istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:
• Rektorun adına ərizə;
• Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
• İş yerindən arayış və ya əmək kitabçasından çıxarış (işlədiyi halda);
• 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;
• Şəxsiyyət vəsiqəsinin surəti.
Ünvan: İstiqlaliyyət küçəsi 6, otaq 310
Tel.: (012) 492-59-25
E-mail: kamina.cabrayilova@unec.edu.az




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Ali məktəblərə ərizə verən abituriyentlərin sayı açıqlanıb
28.05.2020
AzTU-nun televiziya studiyası onlayn imtahanlarla bağlı videoçarx hazırlayıb
28.05.2020
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurası onlayn iclas keçirib
27.05.2020
“28 May - Azərbaycan tarixinin şanlı səhifəsi”
27.05.2020
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info