AzTU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günü”nun anım mərasimi keçirilib
Tarix: 29.03.2019 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Martın 29-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” münasibətilə Azərbaycan Texniki Universitetində (AzTU) anım mərasimi keçirilib. Tədbir soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Toplantını AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov açaraq qeyd edib ki, “son iki əsrdə xalqımıza qarşı törədilmiş qanlı cinayətlərlə dolu hadisələr soydaşlarımızın xatirəsindən heç vaxt silinməyəcək.Rektor bildirib ki,tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə,törədilmiş faciələrə obyektiv qiymət vermək mümkün olmayıb.Yalnız müstəqillik dövründə,yəni 1998-ci il martın 26-da Azərbaycan prezidenti ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə “31 Mart Azərbayacanlıların Soyqırımı Günü” elan edilib və erməni millətçilərinin cinayətkar əməllərinə hüquqi-siyasi qiymət verilib.Ulu öndərin siyasətini uğurla davam etdirəm Azərbaycan prezidenti İlham Əliyev bu faciələrin dünyaya çatdırılması ilə əlaqəli bir çox fərman və sərəncamlar imzalayıb”. Rektorun çıxışından sonra bu dəhşətli faciə hadisələrini əks etdirən filim nümayiş etdirilib. Universitetin “İctimai fənlər” kafedrasının müdiri, professor Şikar Qasımov çıxış edərək bildirib ki, ermənilərin 1905-ci ildən Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda və digər yerlərdə başlayan kütləvi qırğınları 1918-ci ilə qədər davam edib. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetiririlib və on minlərlə insan itkin düşüb.
AzTU-nun “Radiotexnika və rabitə” fakültəsinin tələbəsi Narıngül Zeynalova çıxışında tələbələr adından bildirib ki, indi biz gənclərin vəzifəsi xalqımıza qarşı həyata keçirilən soyqırım haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Nazirlik qəbulu iyunun 15-dək dayandırdı
01.06.2020
Distant Təhsil Tədqiqat İnstitutu yaradılıb
01.06.2020
“Müqəddəs zilhiccə bayramları” kitabı nəşr olunub
01.06.2020
“Viruslar və pandemiya: cari vəziyyət və gələcək və ya ümidlər və reallıq”
01.06.2020
“XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info