Azərbaycan elektron mühitə dair beynəlxalq sammitdə təmsil olunur
Tarix: 29.03.2019 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Almaniyanın Qarmiş-Partenkirhen şəhərində “Fraunhofer IAO” Tədqiqat İnstitutu tərəfindən “go.eIDAS sammiti” keçirilir. Mart ayının 27-də işə başlayan sammit bu gün başa çatacaq. Ölkəmizi bu tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Elnar Əsədov və mərkəzin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Arif Mailov təmsil edirlər.
Məqsədi praktik təcrübə və tələbləri akademik yeniliklərlə birləşdirmək olan sammit “FutureTrust” layihəsi və “Açıq İdentifikasiya” üzrə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Sammit eIDAS (elektron mühitdə identifikasiya və etimad xidmətləri) ekosistemi çərçivəsində mobil tətbiq və etibarlı xidmət təminatçılarını, dövlət orqanlarını, dövlət tərəfindən maliyyələşdirilən layihələr və təşəbbüsləri, akademik qurumlar və kommersiya təşkilatlarını praktik təcrübələrini nümayiş etdirmək üçün bir araya toplayıb.
MHM-in konfransda iştirakdan əsas gözləntiləri elektron imzanın elektron mühitdə identifikasiya və etimad xidmətlərində tətbiqi, e-imzanın transsərhəd tanınmasını reallaşdıracaq infrastrukturun qurulmasını və bu sahədə qanunvericiliyin beynəlxaq standartlara uyğunlaşdırmasını tezləşdirməkdən ibarətdir. Həmçinin, elektron imzanın tətbiqi ilə daha səmərəli və etibarlı sosial xidmətlərin yaradılması üçün fikir mübadiləsi aparmaq, bu sahədə mövcud qlobal vəziyyəti araşdırmaqdır.
Qeyd edək ki, hazırda Azərbaycanda mövcud qanunvericiliyin Avropa İttifaqının sənədlərinə uyğunlaşdırılması üçün işlər aparılır. Bu çərçivədə etimad xidmətləri ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Qeyd edilən layihə etimad xidmətləri üzrə normativ-hüquqi bazanın və texniki infrastrukturun təkmilləşdirilməsi, xarici ölkələrlə elektron imzaların qarşılıqlı tanınması, elektron sənədlərin təsdiqində vaxt qənaətinə və bürokratik əngəllərin aradan qaldırılmasına şərait yaradacaq.
Onu da qeyd edək ki, hazırda Türkiyə və Belarus ilə elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır.

Anar




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
“Azeri Light”ın bir barreli 35,84 dollara satılır
29.05.2020
Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb
28.05.2020
“Azərişıq” ASC cəbhəboyu kəndlərdə yenidənqurma işlərini davam etdirir
27.05.2020
Azərbaycan neftinin bir barreli 36 dollara satılır
27.05.2020
Azərbaycanın METAK şirkəti yeni bazarlara çıxmağı planlaşdırır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
3 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
4 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
5 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info