Bakı, Gəncə, Mingəçevir və Şirvandakı toxuculuq fabrikləri bərpa ediləcək
Tarix: 27.07.2013 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Azərbaycanda pambığın yetişdirilməsi ilə məşğul olan fermerlərə əkin sahələrinin hər 1 hektarına görə 100-120 manat məbləğində subsidiyaların verilməsi nəzərdə tutulub. Belə bir təkliflə Kənd Təsərrüfatı Nazirliyi Nazirlər Kabinetinə müraciət edib. Bu barədə nazirliyin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev məlumat verib.
Onun sözlərinə görə, bu təklifin irəli sürülməsində məqsəd pambıqçılıq sahəsində istehsalçıların stimullaşdırılmasıdır: «Azərbaycanda pambıq sahələrinə çəkilən xərcləri, məhsulun maya dəyəri və rentabelliyi nəzərə almaqla, pambıq sahələrinin artırılmasını təklif edirik. Hazırda pambıq sahələri üzrə də ayrılan subsidiyanın miqdarı 1 hektar üçün 40 manatdır və bu, çox azdır. Ona görə də, təkliflərimizdə bu məbləğin artırılmasını təklif etmişik». Şöbə müdiri vurğulayıb ki, bu təkliflərin qəbulundan sonra Bakı, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində yerləşən toxuculuq, əyirici fabriklərinin bərpa edilməsi planlaşdırılır: «Hədəfimiz ildə 500 min ton pambıq istehsal etməkdir. Bu alınarsa, heç bir çətinlik olmayacaq. Fabriklərin yenidən işə düşməsi bir çox insanın işlə təmin olunmasına gətirib çıxaracaq». Sabir Vəliyev onu da bildirib ki, ölkədə fəaliyyət göstərən çay emalı şirkətləri bundan sonra xammal kimi yalnız yerli çay almalı olacaqlar. Bundan başqa, yerli istehsalçıların zərər çəkməməsi xammal üçün alış qiymətlərinin dəstəklənməsi də planlaşdırılır. Bu məsələlər çayçılıq sahəsinin inkişafı və yerli istehsalın stimullaşdırılması ilə bağlı hazırladığı təkliflərdə əksini tapıb. Sabir Vəliyev bildirib ki, əgər Azərbaycanda çay istehsal olunursa, ölkədə fəaliyyət göstərən emal şirkətləri mütləq istehsalçını tanımalıdır və yerli xammaldan istifadə etməlidir. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi ölkədə çayçılığın əvvəlki şöhrətini qaytarmaq üçün Nazirlər Kabinetinə təqdim etdiyi təkliflərə bu sahədəki istehsalçılara 15 il müddətinə kreditlərin verilməsi məsələsini də daxil edib.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Azərbaycan və Fransa şirkətləri 4 sektorda əməkdaşlıq imkanlarına malikdir
05.06.2020
Prezident İlham Əliyev hər zaman Ermənistanın faşist, terrorçu mahiyyətni ifşa edib
05.06.2020
Azərbaycanda pambıq istehsalının artımı planlaşdırılır
04.06.2020
Abşeron Dairəvi dəmir yolu xəttinə əlavə qatarlar buraxılıb
04.06.2020
Avtomobil bazarında son durum - Pandemiyanın qiymətlərə təsiri

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info