Azərbaycanın 4 ölkədə daimi turizm nümayəndəliyi açılacaq
Tarix: 04.04.2019 | Saat: 13:12:00 | E-mail | Çapa göndər


“Turizm ölkə iqtisadiyyatının ən prioritet sahələrindən biridir. Ötən ilin sonundan etibarən Azərbaycanın 6 ölkədə - Almaniyanın Frankfurt, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanın Ər-Riyad, Çinin Pekin, Hindistanın Mumbay, Rusiyanın Moskva şəhərlərində daimi turizm nümayəndəliyi fəaliyyət göstərir. Eyni zamanda, Böyük Britaniya, Fransa, İran və Koreya Respublikasında da daimi turizm nümayəndəliyinin açılması nəzərdə tutulub”. Bu sözləri Dövlət Turizm Agentliyi sədri Fuad Nağıyev 18-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2019”) sərgisini açılışı zamanı deyib.
“Ölkənin yeni turizm brendi ilə yanaşı, aparılan marketinq tədbirləri öz bəhrəsini verəcək. Ötən il ölkəmizi ziyarət edən xarici vətəndaşların sayı 2017-ci illə müqayisədə 153 min nəfər, yəni 6 faiz artaraq 2,8 milyona çatıb. Bu ilin 2 ayı ərzində 364 min xarici ziyarətçi ölkəmizə gəlib. Turistlərin sayının ildən ilə artırılması turist məmnunluğunun yaradılması da əsas məqsədlərimiz sırasındadır”, - deyə Dövlət Turizm Agentliyi sədri vurğulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info