ABŞ Türkiyəni seçim qarşısında qoydu: ya NATO, ya da C-400
Tarix: 04.04.2019 | Saat: 14:25:00 | E-mail | Çapa göndər


Türkiyə XİN: “ABŞ Dövlət Departamenti tərəfindən Mövlud Çavuşoğlu ilə Mayk Pompeo arasında keçirilən görüşlə bağlı verilən açıqlama həqiqəti əks etdirmir”


Rusiyalı senator Aleskey Puşkov: “ABŞ-ın Ankaranı seçim qarşısında qoyması boş təhdiddir”

Türkiyə Amerika Birləşmiş Ştatlarının Mövlud Çavuşoğlu və Mayk Pompeo arasında baş tutan görüşlə bağlı verdiyi açıqlamanın həqiqəti əks etdirmədiyini bildirib. Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy Mövlud Çavuşoğlu ilə Mayk Pompeo arasında baş tutan görüşdən sonra ABŞ Dövlət Departamenti tərəfindən verilən açıqlama ilə bağlı sualı yazılı şəkildə cavablandırıb. Hami Aksoy deyib: “ABŞ Dövlət Departamenti tərəfindən Mövlud Çavuşoğlu ilə Mayk Pompeo arasında baş tutan görüş ilə bağlı verilən açıqlama həqiqəti əks etdirmir. ABŞ tərəfindən verilən açıqlama görüşün mahiyyəti ilə bağlı deyil. Açıqlamada görüşdə müzakirə olunmayan mövzuların qiymətləndirildiyi bildirilib. Daha əvvəl keçirilən görüşlərdə də buna bənzər problemlərlə qarşılaşmışıq. Belə açıqlamalar daha diqqətli şəkildə verilməlidir. Xüsusilə görüşdə müzakirə olunmayan mövzulara yer verilməməsi aramızdaki müttəfiqlik münasibətləri baxımından əhəmiyyət kəsb edir’’. Xatırladaq ki, Dövlət Departamentinin görüşlə bağlı açıqlamasında qeyd edilirdi ki, Çavuşoğlu-Pompeo görüşündə C-400 məsələsi müzakirə olunub və ABŞ-ın narahatlığı diqqətə çatdırılıb. Eyni zamanda Pompeonun Suriyanın şimal-şərqindəki vəziyyətə toxunduğu və Ankaranı birtərəfli addımlardan çəkinməyə çağırdığı qeyd edilirdi. Amma rəsmi Ankara bu açıqlamanı təkzib edib. Ankaradan bildirirlər ki, bu açıqlama yəqin ki, Pompeo-Çavuşoğlu görüşündən əvvəl hazırlanıb. ABŞ-ın vitse-prezidenti Mayk Pensin Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemləri almasına dair şərhinə cavab verən Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib: "ABŞ Türkiyə ilə münasibətləri mövzusunda konkret qərar qəbul etməlidir. Dostluğumuzun davam etməsini istəyirsə, müttəfiqlik əlaqələrinə zərbə endirəcək addımlar atmamalıdır”. Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens bəyan edib ki, Türkiyə NATO üzvlüyü və C-400 arasında seçim etməlidir. Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo ilə Türkiyə ilə ABŞ arasındakı münasibətləri müzakirə ediblər. Vaşinqtonda baş tutan görüş 40 dəqiqə davam edib. Görüşdə ikitərəfli əlaqələrlə yanaşı gündəmdəki aktual mövzular və ikitərəfli münasibətlərin əhəmiyyətinə diqqət çəkilib. Qeyd edək ki, nazir Mövlud Çavuşoğlu NATO-nun 70-ci ildönümü münasibətilə keçirilən NATO-nun xarici işlər nazirləri səviyyəsindəki iclasına qatılmaq üçün Vaşinqtona səfər edib. Çavuşoğlu səfər proqramı çərçivəsində ABŞ Konqresində görüşlər keçirib. Xarici işlər nazirinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, demokrat Eliot Engel və respublikaçı Maykl Makkol ilə görüşündə Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıc da iştirak etdi. Çavuşoğlunun görüşdə Türkiyə - ABŞ münasibətlərini maraqlandıran aktual məsələ və problemlərdən və bu istiqamətdə Türkiyənin mövqeyindən bəhs etdiyi bildirilir. Digər tərəfdən, Çavuşoğlu Çex Respublikası və Şimali Makedoniyanın xarici işlər nazirləri ilə də ikitərəfli görüşlər keçirib. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko prosesi dəyərləndirərkən deyib ki, Birləşmiş Ştatlar müttəfiqlərinə təzyiq etməkdən çəkinmir: “Bu gün hamıya məlumdur ki, ABŞ öz müttəfiqlərinə bütün məsələlərdə təzyiq etməkdən çəkinmir. Buraya kimdən nə almaq, kiminlə dostluq etmək, kimə qarşı sanksiya tətbiq etmək, hansı ölkələrdə kimə və necə səs vermək, hansı rejimlərin demokratik olduğu, hansıların isə atılmalı olduğunu aid etmək olar”. Rusiyalı diplomat TASS-a açıqlamasında deyib ki, bu vəziyyətdə ABŞ-ın Türkiyəyə təzyiqi təəccüblü deyil. Rusiyalı senator Aleksey Puşkov isə bəyan edib ki, ABŞ-ın Ankaranı ya C-400, ya da NATO üzvlüyü seçimi qarşısında qoyması boş təhdiddir.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info