Türkiyə Bakı Beynəlxalq Turizm və Səyahətlər Sərgisində
Tarix: 04.04.2019 | Saat: 14:39:00 | E-mail | Çapa göndər


Sərgidə qardaş ölkə Göbəklitəpə bölgəsinin turizm imkanlarına xüsusi yer verib

Bu gün Bakı Ekspo Mərkəzində XVIII Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF-2019) öz işinə başlayıb. Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə keçirilən sərgiyə Türkiyə bir sıra yeniliklərlə qatılıb.
Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təbliğat Müşavirliyindən verilən məlumata görə, sərgidə Türkiyədən 50-ə yaxın nümayəndə, o cümlədən, Mədəniyyət və Turizm Nazirliyinin rəsmi şəxsləri, İzmir Valiliyi, Səyahət Şirkətləri Federasiyası, Otellər Birliyi, ayrı-ayrı turizm şirkətlərinin təmsilçiləri, sənət adamları iştirak edirlər. Səfirliyinin Mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi bildirib ki, son iki il ərzində Azərbaycandan Türkiyəyə səfər edən turist sayında 60 faizə qədər artım qeydə alınıb. Ona görə də Türkiyədən 50-dən çox turizm bu sərgidə şirkəti iştirak etmək istəyib. Lakin yer məhdudluğuna görə cəmi 9 turizm şirkətinə dəvət göndərilib.
Bu ildən “Türkiyə Eviniz” (Home of Turkey) sloqanı əvəzinə sadəcə “Türkiyə” brendi altında turizm təbliğatına start verən qardaş ölkə sərgidə Göbəklitəpə bölgəsinin turizm imkanlarına xüsusi yer verib. Ziyarətçilər bununla bağlı hazırlanan xüsusi video-təqdimatı izləmək imkanı əldə edəcəklər. Sərgidə, həmçinin, Türkiyə stendini ziyarət edən turizm şirkətlərinin nümayəndələri üçün xüsusi görüş otağı – turizm ofisi hazırlanıb. Həmin otaqda yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün rəsmi görüşlərin keçirilməsi planlaşdırılıb. Eyni zamanda, aprelin 5-də müşavirlik Azərbaycan və Türkiyənin rəsmi şəxsləri, o cümlədən, səfir Ekran Özoralın iştirakı ilə iki ölkənin turizm şirkət-təşkilatları arasında işgüzar görüş keçirəcək. Bundan başqa, sərgi ziyarətçiləri üçün türk xalq oyunları və rəqsləri təqdim olunacaq, Tokat Yazmaları, İznik Çinisi və Ebru kimi unikal əl işi sənətləri nümayiş etdiriləcək. Qonaqlara ənənəvi üsulla bişirilən türk qəhvəsi, lokum, paxlava və digər ləziz şirniyyatlar da təqdim olunacaq. Qeyd edək ki, sərgidə Türkiyə stendini ziyarət edənlər arasından püşkatma yolu ilə seçilən 3 nəfərə xüsusi səyahət bileti veriləcək. Xatırladaq ki, sərgi aprelin 6-dək davam edəcək.

Anar




 
Bölməyə aid digər xəbərlər
30.10.2020
Mərkəzi Bank gələn il Azərbaycanda inflyasiyanı 3,6-4 faiz səviyyəsində proqnozlaşdırır
30.10.2020
Elman Rüstəmov: “Strateji valyuta ehtiyatlarımız 50 mlrd. dollardan çoxdur“
29.10.2020
79 sahibkarlıq subyektində zəruri qayda və tələblərin pozulduğu müəyyən edilib
28.10.2020
Yeni Susay-Xınalıq avtomobil yolunda tikinti işləri aparılır
27.10.2020
Ermənistanın hərbi itkiləri 2,7 milyard dolları keçdi - İNFOQRAFİKA

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11805

1 Burunda olan tükləri kəsmək olmaz...
2 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
3 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
4 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана
5 Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info