2020-ci ildən “Şahdəniz-2” qazının İtaliya üzərindən Avropaya daşınması reallaşacaq
Tarix: 04.04.2019 | Saat: 14:50:00 | E-mail | Çapa göndər


Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasında yeni mərhələ başlayıb. Energetika Nazirliyinin məlumatına görə, bunu aprelin 2-də Rumıniyanın paytaxtı Buxarest şəhərində "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrin enerji nazirlərinin görüşü zamanı Azərbaycanı energetika nazirinin müavini Elnur Soltanov deyib. Azərbaycanda elektroenergetika sahəsində atılan addımlar, bərpa olunan enerji mənbələri, enerji resurslarından səmərəli istifadə üzrə həyata keçirilən layihələr, hazırlanan qanunvericilik sənədləri barədə məlumat verən nazir müavini Cənub Qaz Dəhlizi layihəsi üzrə görülən işlər, bu sahədə həyata keçirilən yeniliklərdən danışıb: "Cənub Qaz Dəhlizinin son elementi sayılan TAP layihəsi üzrə işlərin 85%-dən çoxu tamamlanıb və 2020-ci ildən “Şahdəniz-2” qazının İtaliya üzərindən Avropaya daşınması reallaşacaqdır. “Şahdəniz-2” layihəsinin işə salınması ilə Türkiyəyə ixrac edilən təbii qazın həcmlərinin 2018-ci ilin yayından etibarən artmaqda olduğu və bu prosesin davam edəcəyi xüsusilə vurğulanıb. Qeyd edilib ki, Türkiyəyə, gələcəkdə isə Avropaya satılacaq qazın artan həcmləri Gürcüstanın Cənub Qafqaz Boru Kəmərindən komissiya olaraq əldə etdiyi qazın miqdarının da mütənasib olaraq artmasına şərait yaratmaqdadır ki, bu da Azərbaycanın Gürcüstanın enerji təhlükəsizliyinə verdiyi töhfəni böyütməkdədir".
E.Soltanov, eyni zamanda Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq çərçivəsində mənbələrin və alıcı tərəflərin şaxələndirilməsi üzrə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Nazir müavini Azərbaycan, Türkiyə və Gürcüstan arasında elektroenergetika sahəsində mövcud əməkdaşlıq barədə danışaraq, Cənubi Qafqazda bu sahə üzrə əməkdaşlığın Azərbaycan və Gürcüstan arasında məhdudlaşmasının Azərbaycan torpaqlarının işğal altında olması ilə bağlı olduğunu diqqətə çatdırıb.
Tədbirdə Avropa Komissiyası tərəfindən Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi üzrə uğurları yüksək qiymətləndirilib və bu istiqamətdə atılan addımların sürətləndirilməsi və şaxələndirilməsi üçün Avropa İttifaqı ölkələri və Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlığın vacibliyi qeyd edilib.
Qeyd edək ki, Rumıniyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində təşkil edilən toplantıda Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Avropa İttifaqına üzv ölkələr iştirak edib.
Görüşdə Şərq Tərəfdaşlığı proqramının 10-cu ildönümü ilə əlaqədar Şərq Tərəfdaşlığı ölkələri arasında energetika sahəsində gələcək əməkdaşlıq perspektivləri, təbii qaz və elektrik enerjisi layihələri mövzularında məruzələr dinlənilib, Şərq Tərəfdaşlığı çərçivəsində 2020-ci ilədək həyata keçirilməsi nəzərdə tutulan 20 məsələ ətrafında müzakirələr aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info