“AITF” sərgisi artıq diqqəti işgüzar turizm - MICE sənayesinin inkişafına yönəldəcək
Tarix: 04.04.2019 | Saat: 14:51:00 | E-mail | Çapa göndər


Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2019”) sərgisi qapılarını ziyarətçilərin üzünə açıb. Bu il “AITF” sərgisi Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə keçirilir. Sərgi Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Dünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” şirkəti çıxış edir.
Açılış mərasimində çıxış edən Dövlət Turizm Agentliyi sədri Fuad Nağıyev “AITF” sərgisinin 18 ildir turizm sənayesi üzrə beynəlxalq görüş platformasına çevrildiyini vurğulayıb. Qeyd edilib ki, “Bütün dünya. Bir sərgi” bu şüar altında keçirilən “AITF 2019” sərgisində dünyanın 17 ölkəsindən 189 şirkət və təşkilat iştirak edir. Belarus, Bolqarıstan, Çex, Çin, Dominikan, Gürcüstan, İtaliya, Mərakeş, Tailand və Türkiyənin milli qrupları öz ölkələrinin milli turizm büroları və səfirlikləri tərəfindən göstərilən dəstək sayəsində sərgidə iştirak edir. Milli və regional stendlərdə kurort və sanatoriyalar, turizm şirkətləri və mehmanxana şəbəkələrinin nümayəndələri çalışacaqlar. Bu il Dominikan Respublikası Turizm Nazirliyi iştirakçı ölkələr arasında seçilmək və öz turizm istiqamətini daha parlaq şəkildə təqdim etmək məqsədilə “AITF 2019” sərgisinin sponsoru qismində çıxış edir.
Onun sözlərinə görə, Azərbaycanın cəlbedici turizm destinasiyası kimi təqdim olunmasında “AITF” sərgisinin daşıdığı əhəmiyyət danılmazdır. Bu il tədbirdə debüt edən Azərbaycan Turizm Bürosu Azərbaycanın yenilənmiş turizm brendini öz stendində təqdim edəcək. Azərbaycanın turizm şirkətlərini, eləcə də otel və sanatoriyalarını öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ekspozisiyası isə həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təkliflər silsiləsini nümayiş etdirəcək. “AITF 2019” sərgisinin iştirakçıları üç gün ərzində öz təklifləri ilə yay və qış turizm mövsümlərini əhatə etməklə, turizm xidmətlərinin bütün spektrini görə biləcəklər.
Vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi, bu il də “AITF” sərgisində təhsil turizmi, idman turizmi, turizm sahəsində informasiya texnologiyaları, ov və balıqçılıq və bir sıra digər sektorlar təqdim olunacaq. Xüsusi sektor olan “Tibbi və Sağlamlıq Turizmi” çərçivəsində Belarus, Bolqarıstanı, Çex, Sloveniyanı və Rusiyanı təmsil edən sanatoriyalar, sağlamlıq və SPA mərkəzləri iştirak edirlər.
Qeyd edilib ki, “AITF” sərgisi həm də geniş işgüzar proqramdır. Belə ki, sərginin keçirildiyi günlər ərzində müxtəlif görüşlər, seminarlar və təqdimatlar təşkil ediləcək. 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan edilib. Azərbaycan poeziyasının ilk incilərinin müəllifi olan İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının formalaşmasında mühüm rol oynayıb. Nəsimi Azərbaycan divan poeziyasının atası və Azərbaycan ədəbi dilinin banisi hesab edilir. Bu münasibətlə sərginin üç iş günü ərzində qonaqlara “Nəsimi tarixi və yaradıcılığına səyahət” etmək və bununla da dahi şairin əziz xatirəsini yad edərək Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmaq imkanı yaradılacaq.
Sərginin regional direktoru Edvard Stroon bildirib ki, builki sərgini fərqləndirən cəhət onun artıq Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus” sərgisi ilə eyni platformada keçirilməməsidir.
Marketinq araşdırmaları apararaq və eksponentlərin müraciətlərini nəzərə alaraq sərgi təşkilatçıları “HOREX Caucasus” sərgisini qida və qablaşdırma mövzusuna həsr olunmuş sərgilər ilə paralel keçirmək qərarına gəliblər. Beləliklə, bundan belə sırf turizm tədbiri formatında keçiriləcək “AITF” sərgisi bütün diqqəti gediş və gəliş turizminə, eləcə də işgüzar turizm - MICE sənayesinin inkişafına yönəldəcək. Ölkəyə gələn turist axınının artması, Azərbaycanda müxtəlif irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi və beynəlxalq əlaqələrin inkişafı fonunda bu mövzunun aktuallığı heç bir şübhə doğurmur. MICE sektorunun aparıcı mexanizmlərindən biri olan sərgi turizm agentlikləri, aviaşirkətlər, eləcə də son istehlakçılar arasında əlaqə yaradır. Sərgi yerli və xarici mütəxəssislərin, o cümlədən dövlət strukturlarının görüş yeridir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, ənənəvi olaraq keçirilən bu sərgi turizm sənayesində mövcud çağırışların öyrənilməsi baxımından əlverişli platforma rolunu oynayır.
Qeyd edək ki, sərgi aprelin 6-dək davam edəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info