Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb
Tarix: 04.04.2019 | Saat: 15:10:00 | E-mail | Çapa göndər


Cari ilin ilk 2 ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 340 milyon dollar olub. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev aprelin 4-də Bakıda keçirilən Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunda deyib. Nazir qeyd edib ki, hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, İKT, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə 700-dək Rusiya kapitallı müəssisə fəaliyyət göstərir. “Bu günədək Rusiya Azərbaycan iqtisadiyyatına 4,4 milyard dollar investisiya yatırıb. Azərbaycanın Rusiyaya sərmayə qoyuluşunun həcmi isə 1,2 milyard dollardan çoxdur. Ötən il Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20 faizədək artaraq 2,5 milyard dollar təşkil edib”, - deyə Ş.Mustafayev bildirib.

Anar




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info