Şabranda 36 sahibkara 1,3 milyon manatdan çox güzəştli kredit verilib
Tarix: 04.04.2019 | Saat: 15:57:00 | E-mail | Çapa göndər


Aprelin 4-də Şabranda keçirilən işgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 36 sahibkara 1,3 milyon manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, süd emalı və ət kəsimi, bal istehsalı və qablaşdırılması və başqa sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-dən çox iş yerinin açılması mümkün olacaq.
Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumda Şabran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri taxılçılıq, intensiv bağçılıq, arıçılıq, istixana təsərrüfatlarının və quru meyvə istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Samir Hümbətov sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi vəziyyəti barədə məlumat verərək bildirib ki, bu ilin I rübündə 143 sahibkarın ümumi dəyəri 84,5 milyon manat investisiya layihələrinin maliyyələşdirilməsinə 22,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 750-dən çox iş yerinin yaradılmasına imkan verir. Güzəştli kreditlərin 67,3 faizi aqrar sektorun, 32,7 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalının inkişafına yönəldilib.
Qeyd edilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 635 investisiya layihəsinin maliyyələşdirilməsinə 203,3 milyon manat güzəştli kredit verilib. Tədbir çərçivəsində Şabran rayonunun Ağalıq inzibati ərazisində dövlətin güzəştli krediti ayrılan aqroparka baxış keçirilib. Dövlət başçısının tapşırığına uyğun olaraq, aqroparkların, iri fermer təsərrüfatlarının yaradılması və mövcud aqroparkların genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Hazırda dövlətin dəstəyi ilə ölkənin 33 rayonu üzrə 257 min hektar ərazidə dəyəri 2,2 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması təşviq olunur. Artıq 22 aqropark fəaliyyət göstərir. Bu il ərzində daha 12 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulur. Aqropark və iri fermer təsərrüfatlarının yaradılmasına 160 milyon manat dövlətin güzəştli kreditləri verilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
Ermənistanın hərbi itkiləri 2,7 milyard dolları keçdi - İNFOQRAFİKA
27.10.2020
SOCAR AQS-yə yeni baş direktor təyin edilib
27.10.2020
İşçilərin icbarı tibbi sığortasını işəgötürən təmin edəcək - Parlament təsdiqlədi
27.10.2020
Azərbaycan Mərkəzi Bankına yeni səlahiyyət verilir
26.10.2020
“S&P“ Azərbaycan iqtisadiyyatının gələn il 2,9 faiz artacağını gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
2 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
3 Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
4 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
5 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info