2025-ci ilədək yaş barama istehsalı 6 min tona çatdırılacaq
Tarix: 05.04.2019 | Saat: 14:26:00 | E-mail | Çapa göndər


Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması, baramaçılığın yem bazasının genişləndirilməsi məqsədi ilə tut (çəkil) tingliyi təsərrüfatının yaradılması nəzərdə tutulur.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə dövlət vəsaiti hesabına Çin Xalq Respublikasından son üç ildə 3,5 milyon ədəd calaq olunmuş məhsuldar tut (çəkil) tingləri tədarük edilərək bölgü əsasında respublikanın 38 rayonunda 350 hektar sahədə Çin texnologiyası ilə əkilib. Bu tinglər yerli torpaq iqlim şəraitində yüksək məhsuldarlıq göstərərək barama istehsalı üçün keyfiyyətli yarpaq çıxımına malikdir. Bu baxımdan Dövlət Proqramının icrası məqsədilə Aqrar Elm və İnnovasiya Mərkəzinin Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinə məxsus 1 hektarlıq torpaq sahəsində Çindən əvvəlki illərdə ölkəyə gətirilmiş tinglərin budanmasından əldə olunan zoğlardan istifadə edərək müasir texnologiya əsasında tingçilik təsərrüfatı yaradılıb. Bu tingçilik təsərrüfatında 200-250 min ədəd tingin yetişdirilməsi nəzərdə tutulub. Bunun üçün sahəyə üzvi və mineral gübrələr verilib, dərin şum aparılıb, 90 sm ara məsafəsi olmaqla tirələr düzəlib və tirələrin üzəri qara rəngli polietilenlə örtülüb. Əldə edilmiş zoğlar 10 sm ara məsafəsi olmaqla tirələrin üzərinə basdırılıb. Polietilen örtüyün çəkilməsində məqsəd torpaqda nəmliyi qorumaq, buxarlanmanın qarşısını almaq və alaq otlarının inkişafını məhdudlaşdırmaqdan ibarətdir. Birinci ildə köklənmiş tinglərin ikinci ildə pikrovka olunaraq sahələrə köçürülməsi nəzərdə tutulub. Artıq üçüncü ildən başlayaraq bu tinglərdən istifadə etməklə yeni bağların salınması həyata keçiriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.10.2020
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb
21.10.2020
Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq
20.10.2020
Cəbhəyanı bölgələrdə fəaliyyət göstərən sahibkarlara dəstək göstərilib
20.10.2020
“Xudafərin” hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması məsələlərinə baxılır - Nazir
20.10.2020
Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
2 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”
3 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
4 Narşərab salatı
5 Azərbaycanda təhsil müəssisələrində payız tətilinin vaxtı dəyişib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info