Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Beynəlxalq Bank arasında Niyyət Protokolu imzalandı
Tarix: 05.04.2019 | Saat: 14:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Beynəlxalq Bankı arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Sənəd kiçik və orta biznesə (KOB) dəstək məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Protokola uyğun olaraq, KOBİA və Azərbaycan Beynəlxalq Bankı dövlət və özəl sektor arasında əlaqələrin daha da genişləndirilməsi, innovativ təşəbbüslərin reallaşdırılması, startap, mikro, kiçik və orta biznes subyektlərinin dəstəklənməsi və inkişafı, sahibkarların maarifləndirilməsi kimi istiqamətlərdə birgə tədbir və layihələr həyata keçirəcək. Bu əməkdaşlıq KOB subyektlərinin sərgilərdə, təcrübə mübadiləsi proqramlarında iştirakının təmin olunması, qadın, gənc və ailə sahibkarlığının inkişafına dəstək, sahibkarlar üçün müvafiq təşviqedici kampaniyaların, konqreslərin və digər bu kimi tədbirlərin təşkili, KOB-ların maarifləndirilməsini əhatə edir.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Agentlik KOB-lara dəstək məqsədilə bu cür tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlıdır: “Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək birgə layihələr və tədbirlər kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində, sahibkarların maarifləndirilməsində əhəmiyyətli olacaqdır. Son nəticədə isə bütün bunlar kiçik və orta sahibkarlıq subyektlərinin ölkə iqtisadiyyatındakı rolunun möhkəmləndirilməsinə xidmət edəcəkdir”.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bununla əlaqədar bildirib: “İri korporativ müştərilərimizlə yanaşı, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, onların maliyyə xidmətlərinə çıxışının genişləndirilməsi bizim üçün prioritet məsələlərdəndir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə imzaladığımız Niyyət Protokolu inanırıq ki, bu məqsədlə planlaşdırdığımız layihələrin icrasına böyük töhfə verəcəkdir”.
Niyyət Protokoluna Azərbaycanın müxtəlif bölgələrində KOB inkişaf mərkəzlərinin yaradılması, sahibkarlara Azərbaycan Beynəlxalq Bankının təlim və innovasiya infrastrukturundan faydalanmaq üçün imkanların yaradılması, sahibkarların maliyyə savadlılığının artırılması kimi əhəmiyyətli təşəbbüslər də daxildir.

Anar




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info