Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə çatıb
Tarix: 06.04.2019 | Saat: 12:00:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikasının həyatında çox əlamətdar hadisə baş verib, əhalinin sayı 10 milyon nəfərə çatıb.

2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində Rauf Həsənovun və Nigar Ocaqovanın (Ağdərə rayonu sakinləri, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkünlər) ailəsində ölkənin 10 milyonuncu sakini dünyaya gəlib. Doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə xalqımızı, yeni doğulmuş körpənin valideynlərini təbrik ediblər.
Sevindirici haldır ki, son illərdə Azərbaycan əhalisinin sayı sürətlə artır. Bu, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir.
Aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub. Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu baxımdan da nümunəvi ölkədir. Nəzərə almaq lazımdır ki, dünyanın bir çox ölkələrində bu sahədə vəziyyət heç də ürəkaçan deyil, hətta əhalinin sayında azalma müşahidə olunur. Azərbaycanda isə əhalinin sayı dinamik templə artır.
Son vaxtlar, xüsusən bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial sahədə inqilabi dəyişikliklər kimi qiymətləndirilən və hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatları əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verir. Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına əminlik yaradır.




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
15.04.2019
Milyard dollarlıq bazar: fındıq ixracı iki dəfədən çox artacaq
11.04.2019
“Trthaber.com”: “Azərbaycan xalqı İlham Əliyevin islahatlarını dəstəkləyir”
08.04.2019
“Aksam.com.tr”: “Azərbaycan Türkiyədə investisiyalarını artıracaq”
02.04.2019
“Müəllimin nüfuzu artıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info