İşləmək xəstəliyin qarşısını alır
Tarix: 29.07.2013 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Alzeymer xəstəliyinin inkişafına həsr olunmuş irimiqyaslı tədqiqatın nəticələri açıqlanıb.
Tədqiqat ahılların və risk qrupuna daxil olan insanların həyatını yaxşılığa doğru dəyişdirmək istəyən Fransa hökumətinin himayəsi altında keçirilib. Məlum olub ki, işləmək əzmi və pensiyaya çıxma vaxtının təxirə salınması qocalarda ağıldan kəmliyin yaranması riskini üç faizdən bir qədər çox artırır.
Bunun üçün yarım milyondan çox adam, əsasən, kiçik və orta biznesin sahibləri arasında sorğu aparılıb. Qocalıb əldən düşənə qədər ağlın itiliyini qoruyub saxlamaqda onlara daim işləmələri kömək edib. “Təbabət və Alzeymer” Elmi Assosiasiyasının əməkdaşı Hiter Snayder də bu faktı təsdiq edir. O deyib: “Onlar pensiya yaşına çatana kimi işləyiblər. Gənc yaşlarından işləməyə adət etmiş belə insanlarda Alzeymer xəstəliyi riski aşağı olub”.
Açıqlanmış rəqəmlər pensiyaya gec-azı 65 yaşından sonra çıxmağın faydalı olduğunu göstərir.
Tədqiqatçıların fikrincə, işləmək maddi mükafatlandırma ilə bərabər, qeyri-maddi bonuslar və benefisiyalar gətirir, ünsiyyət, kollektiv münasibətlər üçün geniş imkanlar açır. Bütün bunlar qayda-qanuna və səmərəli həyat tərzinə alışdırır.
Pensiyaya çıxanda da intellekti işləməyə məcbur etmək lazımdır.
Hiter Snayder söhbətini bu sözlərlə bitirir: “İdmandan başlamış əl işlərinə kimi hər sahə işə yarayır. Məsələn, valideynlərim çoxdan pensiyaya çıxıblar, lakin dolğun və maraqlı həyat sürürlər və həmişə özlərinə iş tapırlar. Yerli universitetə seminarlara gedir, xeyriyyə fondunda könüllü işləyirlər”.
Alzeymer xəstəliyinin yaranması səbəbləri haqqında müzakirələr təkcə Fransada deyil, Avropa İttifaqına daxil olan bütün ölkələrdə davam etdiriləcək.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
18.09.2019
Azərbaycanın ən böyük elektrik enerjisi ixrac etdiyi ölkə Gürcüstandır
18.09.2019
İslahatlar 4,2 miyondan çox insanın yaşayışına müsbət təsir edib
18.09.2019
Mən qaçıb gizlənən adam deyiləm...
18.09.2019
Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info