İtaliyada baş vermiş ağır yol-nəqliyyat qəzasında 39 nəfər həlak olub
Tarix: 29.07.2013 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


İyulun 28-də axşam saatlarında zəvvarları aparan sərnişin avtobusu İtaliyanın cənubunda yerləşən Neapol şəhəri yaxınlığında qəzaya uğrayıb.
Həmin vaxt Neapol-Bari avtomagistralında tıxac olmasına baxmayaraq, sürətlə hərəkət edən avtobus bir neçə avtomobilə dəydikdən sonra körpünün kənarındakı mühafizə hasarını dağıdıb və 30 metr dərinlikdəki dərəyə yuvarlanıb. Xilasedicilər çətin keçilən ərazidə avtobusun qalıqları arasından 39 sərnişinin cəsədini çıxarıblar. Xilas edilmiş 11 sərnişinin həyatı isə hələ də təhlükə altındadır.
İtaliyanın “ANSA” xəbər agentliyinin verdiyi məlumata görə, həlak olanların arasında çoxlu sayda uşaq var. Qəzadan sağ çıxmış sərnişinlərin sözlərinə görə, təkərlərdən birinin qəfil partlamasından sonra sürücü idarəetməni itirib və yüksək sürətlə hərəkət edən avtobus tıxacdakı maşınlara çırpıldıqdan sonra körpüdən aşıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Pakistanda avtobus qәzaya uğrayıb, 26 nәfәr hәlak olub
22.09.2019
Pakistanda avtobus qəzaya uğrayıb: 26 ölü, 12 yaralı
22.09.2019
Moskvada təcili yardım avtomobili işıq dirəyinə çırpılıb, yaralananlar var
21.09.2019
Antalyada rusiyalı turistləri daşıyan avtobus aşıb
21.09.2019
ABŞ-da gecə klubunda açılan atəş nəticəsində iki nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info