Azərbaycan “Cənub Qaz Dəhlizi“ üçün iri kreditdən imtina edib
Tarix: 08.04.2019 | Saat: 12:32:00 | E-mail | Çapa göndər


Optimallaşdırma və layihə xərclərinin azaldılması nəticəsində Azərbaycanın "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyətinin Asiya İnkişaf Bankının (AİB) birbaşa kreditinə tələbatı olmayıb. Bunu Trend-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Əhmədov deyib. O qeyd edib: "Məlum olduğu kimi, "Cənub Qaz Dəhlizi" QSC AİB ilə iki saziş imzalayıb. Onlardan biri 524,5 milyon dollar məbləğində vəsaitin cəlb edilməsinə zəmanət verir və QSC tərəfindən tam istifadə olunub. Digər saziş – 500 milyon dollarlıq birbaşa kreditə isə optimallaşdırma və layihə xərclərinin azaldılması nəticəsində "Cənub Qaz Dəhlizi" QSC-nin tələbatı olmayıb". Avropa Yenidənqurma və İnkişaf Bankından cəlb olunan 500 milyon dollar məbləğində kreditə gəlincə, İ.Əhmədov bildirib ki, bu vəsait də tam mənimsənilib:
"QSC ilin əvvəlindən "Cənub Qaz Dəhlizi" layihəsində (maliyyələşdirmə xərcləri daxil) öz iştirak payının maliyyələşdirilməsinə təqribən 320 milyon dollar yönəldib".
Qeyd edək ki, 2018-ci il mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim baş tutub. "Cənub Qaz Dəhlizi"nə “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik “Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və "Cənub Qaz Dəhlizi"nin hasilat mənbəyidir.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info