İki dil bilmək beyin üçün faydalıdır
Tarix: 29.07.2013 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Bildiyimiz kimi, dünyada 6,8 min dil var. İnsan doğulduğu andan bu dillərdən hər hansı istənilən birində danışmağa hazır olmalıdır. Bu istedad tez itir–artıq 9 aylıqda bizim anadangəlmə qabiliyyətlərimizdən bəziləri həssaslıqla müxtəlif dillərə reaksiya verməyə başlayırlar və biz hələ xeyli müddət-məktəbin böyük siniflərinə qədər əvvəlki kimi ikinci, üçüncü, yaxud dördüncü dili öyrənmək kimi valehedici qabiliyyətimizlə fərqlənirik. Məlum olub ki, bu həm də beyin üçün faydalıdır. Tədqiqatlar göstərir ki, bir neçə dil bilən insanın beyni ən böyük elastikliklə, canlılıq, çətin vəziyyətlərin öhdəsindən gəlmə, konfliktləri həll etmə qabiliyyətiylə və hətta Alzeymer və digər beyin xəstəliklərinə təslim olmamaqla fərqlənir.
“TIME”da çap olunan məqalədə göstərilir ki, dövlət məktəblərində bütün bunları nəzərə alaraq təhsil proqramlarına ən erkən mərhələdə uşaq bağçasından başlayaraq dil metodları daxil edilir. Yuta ştatında dövlət məktəblərinin 20%-də uşaq bağçasından başlayaraq 12-ci sinfə qədər iki dildə tədris sistemi tətbiq edilir. Bu sistem çərçivəsində hər gün məktəbdə dərslərin yarısı doğma ingilis dilində, digər yarısı isə xarici dillərdən birində–ispan, fransız və ya portuqal dilində aparılır. Və indi Yuta ştatına bu proqramla ətraflı tanış olmaq üçün başqa 22 ştatdan mütəxəssislər gəlir. Yutanın və ya başqa ştatların məktəblərində iki dil öyrənən uşaqlar hər səhər sinfə gələrək, onların beyninin necə təşkil edilməsi haqda fikirləşirlər. Onlar yalnız onu bilirlər ki, iki dildən istifadə edərək yaşamaq və oxumaq daha yaxşı və daha maraqlıdır. Ancaq alimlər, xüsusilə də nevroloqlar, nevropatoloqlar, psixoloqlar və pedaqoqlar bu məsələni çox ciddi və dərindən öyrənirlər.
Elnarə




 
Bölməyə aid digər xəbərlər
24.09.2020
David Zalkaliani: Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir
23.09.2020
Nazirlər Kabineti büdcə məsələlərini müzakirə edib
23.09.2020
Ceyhun Bayramov: Ermənistan silahlı qüvvələri iyul ayında Azərbaycanın mühüm enerji və nəqliyyat infrastrukturunu hədəf alıb
23.09.2020
Ermənilər sosial şəbəkələrdə saxta profillərlə kəşfiyyat-təxribat fəaliyyəti aparırlar
23.09.2020
AZAL Ankara və Antalya şəhərlərinə xüsusi reyslər həyata keçirməyə başlayır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
3 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
4 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
5 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info