SOCAR BNEZ-nin ərazisində ilkin neft emalı qurğusu tikəcək
Tarix: 08.04.2019 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) ərazisində ilkin neft emalı qurğusu tikməyi planlaşdırır. Trend-in məlumatına görə, bunu SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib. Onun sözlərinə görə, BNEZ-in modernləşdirilməsi çərçivəsində ildə 7,5 milyon tonadək neft emalı gücündə qurğunu keçmiş “Azneftyağ” zavodunun ərazisindən BNEZ-ə köçürmək planlaşdırılırdı: “Tədqiqatlar göstərdi ki, həmin qurğunu rekonstruksiya etmək səmərəli deyil və yeni qurğu tikmək daha məqsədəuyğundur. BNEZ ərazisindəki mövcud ilkin neft emalı qurğusunun rekonstruksiyası 200 milyon dollardan çox vəsaitə başa gələcək, ona əlavə qurğunun tikintisi üçün isə daha 130 milyon dollar tələb olunacaq”.
T.Qəhrəmanov əlavə edib ki, yeni qurğunun tikintisi 3,5 il çəkə bilər.




 
Bölməyə aid digər xəbərlər
22.10.2020
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb
21.10.2020
Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq
20.10.2020
Cəbhəyanı bölgələrdə fəaliyyət göstərən sahibkarlara dəstək göstərilib
20.10.2020
“Xudafərin” hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması məsələlərinə baxılır - Nazir
20.10.2020
Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
2 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”
3 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
4 Narşərab salatı
5 Azərbaycanda təhsil müəssisələrində payız tətilinin vaxtı dəyişib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info