BMT-də Azərbaycanın sədrliyi ilə sessiya keçirilib
Tarix: 08.04.2019 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Cari ilin 3-5 aprel tarixində İsveçrənin Cenevrə şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupunun növbəti iclası keçirilib.
Hökumətlərarası ekspert qrupunun əsas məqsədi elektron ticarət və rəqəmli iqtisadiyyatın inkişafından maksimum faydalanmanı təmin etmək, bununla bağlı mövcud çətinliklərin aradan qaldırılması ilə inkişafı gücləndirməkdir.
100-dən artıq ölkənin təmsil olunduğu ekspert qrupunun iclasında dünya iqtisadiyyatında rəqəmli məlumatların artan rolu, məlumatların təhlili və süni intellekt üzrə imkanların gücləndirilməsi, elektron ticarət və rəqəmli iqtisadiyyatda məlumatların rolu, rəqəmli məlumatlar, onların inklüziv ticarət üçün əhəmiyyəti, sahə üzrə tənzimləyici məsələlər və çətinliklər kimi mövzular müzakirə edilib.
Hökumətlərarası ekspert qrupunun açılış sessiyasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun vəzifələrini icra edən Azər Bayramov sədrlik edib. Xatırladaq ki, ötən ilin aprel ayında BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən keçirilən Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupunun iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi qrupun sədri seçilmişdi.
Tədbirdə çıxış edən BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı təşkilatının baş katibi Muxisa Kituyi hökumətlərarası ekspert qrupunun son bir ildə uğurlu fəaliyyətini qeyd edib və Azərbaycanın elektron ticarətin inkişafı ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib. Qeyd edək ki, 1-5 aprel tarixində Cenevrədə həmçinin Elektron Ticarət Həftəsində “E-ticarət Həftəsi 2019: rəqəmsallaşmadan inkişafa doğru” tədbiri keçirilib. Elektron Ticarət Həftəsində aparılan müzakirələr nəticəsində inkişaf etməkdə olan ölkələrin e-ticarət və rəqəmli iqtisadiyyatdan inkişaf üçün maksimum faydalanmaları məqsədilə konkret imkanlar nəzərdən keçirilib. Müxtəlif əlaqədar tərəflər tədbirdə bir araya gələrək rəqəmsallaşmadan irəli gələn əsas çətinlikləri və imkanları müzakirə ediblər.

Anar




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info