“Rüstəm İbrahimbəyov namizədlikdən geri çəkilə bilər”
Tarix: 29.07.2013 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


“Milli şura”nın lideri Rüstəm İbrahimbəyovun Bakıya dönüşünün ləngiməsi bəyanatı müxalif düşərgədə şok effekti yaradıb. “İkinci Rəsul Quliyev sindromu” olmayacağını, müxalifət düşərgəsini zühuru ilə həsrətləndirməyəcəyini yenicə bəyan etmiş İbrahimbəyov tərəfdarlarının və təbliğatçılarının dönüşə hazırlaşdığı bir məqamda bu cür dramatik gəlişmə ilə yeni vəziyyət yaradıb.
Bunu, hələlik Eldar Namazov sadə cümlələrlə izah etməyə cəhd göstərib: “Qərara gəlmişik ki, Rüstəm bəy əvvəlcə vətəndaşlıqla bağlı sənədləri alsın, sonra Azərbaycana qayıtsın..."
Artıq yeni qərar da bəllidir- “milli şura” üzvləri iyunun 30-da 15 nəfərdən ibarət heyətlə Gürcüstana səfər edəcək və vahid namizdələ seçki məsələlərini müzakirə edəcək.
Hətta o da söylənilir ki, İbrahimbəyov namizədlikdən geri çəkilərək yerini bəlli birinə verəcək. Bu, İbrahimbəyova ən yaxın sima olan Eldar Namazovdur. Gözlənilir ki, Tiflisdə Rüstəm İbrahimbəyov “yaranmış situasiyaya görə” öz yerinə məhz Eldar Namazovun vahid namizəd kimi irəli sürülməsi məsələsini qaldırsın. Bunun da izahı belə olacaq ki, ikili vətəndaşlıqla bağlı gərəkən prosedurların icrası ləngiyir, bu, gecikə bilər, buna görə də...
Bu cür gəlişmə “milli şura” konsepsiyasının sonunu gətirə bilərmi? Bu suala cavab verən plitoloq Qabil Hüseynli “Palitra”ya verdiyi açıqlamada Eldar Namazovu birləşdirici fiqur kimi görmədiyini dedi: “Hazırda İbrahimbəyovun uğursuz siyasi manevrlərinin şahidi oluruq. Bu adam qəti şəkildə söz vermişdi ki, ayın axırı Bakıya gələcək. Sonradan marşrutu Tiflisə və oradan da Bakıya dəyişən vahid namizədin səfəri haqda bəyan etdilər ki, o, ümumiyyətlə Bakıya gəlməyəcək. İndi nüanslar dəyişir. Hətta, Eldar Namazovun namizədliyi haqda da danışanlar var. Bütün bunlar onu göstərir ki, Rüstəm İbrahimbəyovda ciddi tərəddüdlər qalmaqdadır və bu, bir az da artıb. O, necə bir qalmaqallı və ağır işin altına çiynini verdiyini detalları ilə anlamağa başlayıb”.
Rüstəm İbrahimbəyovun siyasətdə kifayət qədər təcrübəsinin olmadığını deyən siyasi şərhçi bu işin çox ağır və enerji tələb edən bir iş olduğunu söylədi: “Belə bir işi Rüstəm bəyin yaşında həyata keçirmək o qədər də asan məsələ deyil. Bu məsələnin bir tərəfidir. Amma burada başqa məqamlar da var. Putinin Azərbaycana planlaşdırılan səfəri bu olaylarda mühüm rol oynadı. Rusiya prezidentinin Azərbaycana səfəri iqtidar ilə Putin arasında yaxınlaşmaları artıra bilər. Bu yaxınlaşmalar isə İbrahimbəyova xaricdən vəd edilən dəstəyin sonu deməkdir. Belə olan təqdirdə aqibəti bilinən oyuna girməyin mənasızlığını Rüstəm bəyə çatdırıblar. O da məsələni bu istiqamətə çevirib. Bakıya gəlmir, “milli şura”nın heyəti ilə Gürcüstanda görüşür. Orada artıq ehtiyat namizəd variantının qaldırılacağı da deyilir. Bu da başadüşüləndir. Çünki, vahid namizəd məsələsində Rüstəm İbrahimbəyovun namizədliyi ciddiliyini itirməyə başlayıb. Belə olan təqdirdə Müsavat Partiyası önə çıxaraq seçkilərə ciddi hazırlaşmağa çalışır. Müsavatın üzvləri, funksionerləri başqanları üçün seçki hazırlığını can-başla yerinə yetirə bilərlər. Amma, Rüstəm İbrahimbəyov üçün bunu könülsüz edəcəklər. Göründüyü kimi spesifik bir situasiya əmələ gəlib. “Milli şura” ətrafında yaradılan və hələ qızışdırılan, insanları müəyyən ümidlərə kökləyən əhval-ruhiyyə yavaş-yavaş sönür”.
Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başlayıb
21.09.2019
Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib
21.09.2019
Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış edib
21.09.2019
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info