Rusiya və Azərbaycan vergi xidmətlərinin birgə işçi qrupunun iclası keçirilib
Tarix: 08.04.2019 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


“Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı”nın “Büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahəsində qarşılıqlı fəaliyyət üzrə yol xəritəsi”nə uyğun olaraq Rusiya Federasiyasının Federal Vergi Xidməti və Azərbaycan Respublikasının Vergilər Nazirliyi arasında işçi qrupu yaradılıb. Sözügedən işçi qrupunun ilk iclasının keçirilməsi məqsədilə Rusiyanın Federal Vergi Xidmətinin beynəlxalq əməkdaşlıq və valyuta nəzarəti idarəsinin rəisi Dmitri Volvaçın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, səfər zamanı nümayəndə heyətinin üzvləri vergilər naziri Mikayıl Cabbarovla görüşüb. Görüşdə iki ölkənin vergi xidmətləri arasında əlaqələr, o cümlədən işçi qrupu çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib, Rusiya-Azərbaycan vergi xidmətləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi zəruriliyi vurğulanıb.
M.Cabbarov işçi qrupunun iclasının ikitərəfli əlaqələrin möhkəmlənməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsi baxımından səmərəli hesab etdiyini diqqətə çatdırıb. Sonra Vergilər Nazirliyində işçi qrupunun iclası keçirilib. İclasda vergi orqanlarının nəzarət funksiyalarının həyata keçirilməsi, vergi mübahisələrinin məhkəməyəqədər həlli, transfer qiymətəmələgəlməsinə nəzarət, vergiödəyicilərinin qeydiyyatı, o cümlədən vergiödəyicilərinə xidmət sahələrində təcrübə mübadiləsi aparılıb.
Səfər çərçivəsində Rusiya nümayəndə heyəti kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının vahid qeydiyyat orqanı prinsipi - “bir pəncərə” sistemi ilə tanış olub.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info