Şəkidə müasir tipli penitensiar kompleks istifadəyə verilib
Tarix: 29.07.2013 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


İyulun 29-da Şəkidə yeni inşa olunmuş müasir tipli penitensiar kompleks istifadəyə verilib.
Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Ombudsman Elmira Süleymanova, yerli məhkəmə, hüquq-mühafizə orqanlarının və digər qurumların rəhbərləri, ədliyyə işçiləri, millət vəkilləri, Əfv Komissiyasının, qeyri-hökumət hüquq-müdafiə təşkilatlarının, KİV-in və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər. Şəkidə konseptual baxımdan yeni olan və bir neçə müəssisəni əhatə edən bu penitensiar kompleksin istifadəyə verilməsinin təqsirləndirilən şəxslərin və məhkumların öz ailələrinə yaxın ərazidə cəza çəkmələrinə və gələcək sosial adaptasiyasına xidmət edəcəyi bildirilib.Tanışlıq zamanı diqqətə çatdırılıb ki, Şəki penitensiar kompleksi müxtəlif rejim korpuslarından, istintaq təcridxanasından, inzibati binadan, məhkumların ailələri ilə uzunmüddətli görüş binasından, müasir tibbi avadanlıqlarla təchiz olunmuş tibb məntəqəsindən və s. ibarətdir. Məhbusların saxlanma kameralarında nümunəvi şərait yaradılıb, onların faydalı işlə məşğul olmaları, asudə vaxtlarının səmərəli təşkili üçün istehsalat, eləcə də idman sahələri təşkil olunub. Müəssisədə saxlanılan şəxslərin keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəx inşa olunub. Camaşırxanada yeni avadanlıq, habelə kompleksin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün transformator yarımstansiyaları və generatorlar quraşdırılıb, su anbarları, nasosxana qurulub. Sonda nazir müəssisənin kollektivinə uğurlar arzulayıb, müvafiq tövsiyə və tapşırıqlarını verib.
Eyni zamanda, səfər çərçivəsində nazir Şəkidə inşa olunan və 4 məhkəməni əhatə edən müasir məhkəmə kompleksinin tikintisinin gedişatı ilə tanış olmuş, lazımi tapşırıqlar verib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Azərbaycanda 108 nəfər koronavirusa yoluxdu, 131 nəfər sağaldı, 2 nəfər vəfat etdi
25.09.2020
Ədliyyə Nazirliyi: Bu il 2 minə yaxın məhkum vaxtından əvvəl cəzadan azad olunub
25.09.2020
Baş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edib
25.09.2020
Azərbaycanda 101 nəfər koronavirusa yoluxdu, 137 nəfər sağaldı, 2 nəfər vəfat etdi
24.09.2020
Azərbaycanda 162 nəfər koronavirusa yoluxdu, 133 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info