E.Karvardin: “Azərbaycan sabahın iqtisadiyyatı üçün işçi qüvvəsinin rəqabətqabiliyyətli olmasını təmin etməyə çalışır”
Tarix: 09.04.2019 | Saat: 14:25:00 | E-mail | Çapa göndər


BMT-nin Uşaq Fondunun (UNICEF) məktəbəqədər təhsil məsələlərinə dair ilk qlobal hesabatında dünyanın əksər ölkələri tərəfindən məktəbəqədər təhsil üçün lazımi vəsaitin ayrılmaması vurğulanır. Hesabatda dünyada 175 milyondan çox uşağın – məktəb yaşına çatmamış uşaqların təxminən yarısının məktəbəqədər təhsilə cəlb edilməməsi səbəbindən bu cür vacib təhsil imkanlarından kənarda qaldığı barədə xəbərdarlıq olunduğu halda, qeyd edilib ki, Azərbaycanda məktəbəqədər təhsil sahəsində çox müsbət irəliləyişlər müşahidə edilir.
UNICEF-in məlumatına görə, Azərbaycandakı nümayəndəliyin rəhbəri Edvard Karvardin son üç ildə Azərbaycanda məktəbəhazırlıq proqramları ilə əhatə olunan 5 yaşlı uşaqların sayında nəzərəçarpan artımın qeydə alındığını bildirib. Belə ki, 2015-ci ildə 15 faiz təşkil etmiş göstərici ötən il 75 faizə bərabər idi. Bununla yanaşı, son iki ildə 3-4 yaşlı uşaqları hədəfə götürmüş erkən yaş təhsili üzrə yeni təşəbbüs sayəsində ölkənin 100 icma əsaslı mərkəzində ümumilikdə 3 minə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib.
UNICEF-in dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində məktəb yaşına çatmamış uşaqlar üçün yeni kurikulum və tədris materialları işlənib hazırlanıb, yeni metodologiyalar üzrə təlimlər keçirilib.
UNICEF-in “Təhsilə hazır dünya: keyfiyyətli erkən təhsilin prioritetləşdirilməsi” adlı ilk qlobal hesabatında bildirilir ki, ən azı birillik məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların ümumtəhsil məktəblərində müvəffəqiyyətlə oxuması üçün onların tələb olunan vacib bacarıqlarının inkişaf etdirilməsi çəmiyyətin və ölkə iqtisadiyyatının stabilliyi və inkişafı üçün daha çox töhfə verir.
Məktəbəqədər təhsilə cəlb edilməyən uşaqlarla müqayisədə bu cür təhsil müəssisələrinə gedən uşaqlarda oxumaq və saymaq bacarıqlarının erkən mərhələdə təxminən iki dəfə tez formalaşması ehtimal olunur. Məktəbəqədər təhsil proqramlarında daha çox uşağın iştirak etdiyi ölkələrdə ibtidai təhsili uğurla başa vuranların sayı əhəmiyyətli dərəcədə çoxdur.
Hesabatda qeyd olunduğu kimi, anaların savadlılıq səviyyəsi və coğrafi aspektlər uşaqların məktəbəqədər təhsildə iştirak səviyyəsini müəyyənləşdirən əsas amillərdəndir. Bununla belə, bu kontekstdə ən vacib və həlledici amil qismində yoxsulluq göstərilir.
E.Karvardin bildirib ki, oynamaq, düşünmək, yaratmaq, sosiallaşmaq və təhsilin əsaslarına yiyələnmək imkanı verən keyfiyyətli məktəbəqədər təhsilə cəlb edilmiş uşaqlarda ibtidai təhsili uğurla başa vurmağa, ümumtəhsil məktəblərində müvəffəqiyyətlə oxumağa, növbəti mərhələlərə keçməyə və fəal vətəndaş kimi formalaşmağa kömək göstərən bacarıqlar hərtərəfli inkişaf etdirilir.
2017-ci ildə dünya ölkələrində təhsilə ayrılmış büdcə vəsaitlərinin orta hesabla 6,6 faizi məktəbəqədər təhsil üçün nəzərdə tutulub. Bu ölkələrin təxminən 40 faizində isə ümumi təhsil büdcəsindən məktəbəqədər təhsil sektoru üçün 2 faizdən də az vəsait ayrılıb. Bundan fərqli olaraq Azərbaycanda dövlət büdcəsindən təhsil üçün ayrılmış vəsaitlərin 10 faizi məktəbəqədər təhsil üçün nəzərdə tutulub.
E.Karvardin qeyd edib ki, Azərbaycan sabahın iqtisadiyyatı üçün işçi qüvvəsinin rəqabətqabiliyyətli olmasını təmin etməyə çalışır və ən erkən yaşdan insan kapitalının inkişafına qoyulan hər bir sərmayə bu məqsədə nail olmaq üçün çox önəmlidir. Əgər biz uşaqlarımızın qloballaşan iqtisadiyyatda uğur əldə etməsi üçün ən yaxşı imkanlar yaratmaq niyyətindəyiksə, əlaqədar vəzifəli şəxslər məktəbəqədər təhsilin prioritetləşdirilməsi və bunun üçün müvafiq resursların ayrılması istiqamətində işlərini davam etdirməlidirlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info