“Baku Steel Company” MMC-yə İSO 9001 sertifikatı verildi
Tarix: 29.07.2013 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) tərəfindən hazırlanan, müştərilərin tələblərinə uyğun məhsul istehsal etmək, xidmət vermək və reallaşdırmaq üçün mövcud olan əməliyyatların (biznes proseslərin) sistem şəklində və yüksək keyfiyyətlə idarəedilməsinə tələblər müəyyənləşdirən İSO 9001 Keyfiyyəti İdarəetmə Sisteminin nominantları sırasına “Baku Steel Company” MMC də qoşuldu.
MMC-nin mətbuat xidməti xəbər veriri ki, İSO 9001 bütün dünyada qəbul edilən keyfiyyəti idarəetmə standartı olmaqla müəssisənin istehsal etdiyi məhsulun və təklif olunan xidmətin keyfiyyətinə təminat verir.
Əsas məqsəd isə sonda müştərilərin tələblərinə uyğun olan və onların razılığını qazana biləcək məhsul istehsal etmək, yüksək xidmətlə müştəri məmnuniyyətinə çatmaqdır. İSO 9001:2008 Keyfiyyət Menecment Sistemi şirkətin rentabelliyini yüksəldir. Bu, eyni zamanda mövcud standartların, QOST-ların düzgün və dəqiq işləməsi, həm də istehsal prosesi axınının şəffaflığı deməkdir.
Şirkətin SƏTƏM üzrə böyük koordinato ru, İSO üzrə baş auditor Eynulla Abdullayev bildirir ki, “Baku Steel Company” MMC-də 2012-ci ilin yanvar ayından İSO 9001:2008 keyfiyyət menecment sisteminin qurulması prosesinə start verilib. Məsləhətləşmələr “SQ MART” şirkəti tərəfindən həyata keçirilib. Nəhayət, 2013-cü ilin may ayında daxili audit keçirilib və nəticədə keyfiyyət menecment sisteminin düzgün şəkildə tətbiqi təsdiq olunub. Son mərhələdə, iyun ayında dünyada akkreditasiya sahəsində tanınan “TÜV AUSTRİA” şirkəti sertifikatlaşdırmaya dəvət edilib və ilkin mərhələdə də sertifikatın alınmasına nail olunub.
Standart müəssisənin idarəetməsində mühüm olan əsas məsələləri-planlaşdırma, icraetmə, nəzarət və təkmilləşdirməni əhatə edir, yalnız maliyyə əməliyyatlarına və maliyyə idarəetməsinə birbaşa tələblər müəyyənləşdirmir. Eyni zamanda İSO 9001 təkcə məhsul standartı deyil və bu standarta uyğunluq məhsulun keyfiyyətli olmasını təsdiq etmir. Lakin idarəetmə elə qurulur ki, sonda istehsal olunan məhsul və xidmət keyfiyyətli olmaqla yanaşı, həm də müştəri tələblərinə uyğun olur. Ona görə də İSO 9001 fəaliyyət sahəsindən və həcmindən asılı olmayaraq bütün müəssisə və təşkilatlar tərəfindən tətbiq edilə bilir. Bu standart müştərilərin istəklərini və məhsula dair qüvvədə olan qanunvericilik tələblərini yerinə yetirmək imkanlarını reallaşdırmaq və qiymətləndirmək məqsədi ilə tətbiq olunur.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Orxan Məmmədov: Yaxın müddətdə KOB-lar üçün yeni dəstək mexanizmləri işə düşəcək
19.09.2019
Azranking.az portalının “Rəqəmsal Təqvim” elektron sistemi istifadəyə verilib
19.09.2019
Azərbaycan-Çin ticarət dövriyyəsi 1,3 milyard dollara çatıb
19.09.2019
Nazir: “TANAP-la indiyədək 2,5 milyard kubmetrdən çox təbii qaz göndərilib”
19.09.2019
Xələf Xələfov: “Əsrin müqaviləsi” üzrə bugünkü nailiyyətlər Azərbaycan xalqının, dövlətinin maraqlarına xidmət edən nailiyyətlərdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info