Azərbaycanın ixrac missiyası Riqadadır
Tarix: 09.04.2019 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Riqaya təşkil olunub. İxrac missiyasına şərab və digər spirtli içkilərin, qida və tekstil məhsullarının istehsalı, habelə turizm sahəsində fəaliyyət göstərən 23 Azərbaycan şirkəti daxildir.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, missiyanın ilk günü Azərbaycan və Latviya şirkətləri arasında keçirilən işgüzar görüşdə hər iki tərəfdən 100-dək sahibkar iştirak edib. Görüşdə “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib, Azərbaycan məhsullarının Latviyaya ixracının genişləndirilməsi müzakirə edilib. Səfərin ikinci günü – aprelin 8-də “Made in Azerbaijan” brendi ilə istehsal olunan Azərbaycan şərablarının dequstasiyası keçirilib. İştirakçılara Azərbaycanın müxtəlif bölgələrində istehsal olunan məhsul nümunələri təqdim olunub.
Aprelin 10-dək davam edəcək ixrac missiyası çərçivəsində Azərbaycanın Latviyadakı Ticarət Evində görüşlər keçiriləcək, ticarət şəbəkələrinə səfərlər təşkil olunacaq.

Anar




 
Bölməyə aid digər xəbərlər
30.10.2020
Mərkəzi Bank gələn il Azərbaycanda inflyasiyanı 3,6-4 faiz səviyyəsində proqnozlaşdırır
30.10.2020
Elman Rüstəmov: “Strateji valyuta ehtiyatlarımız 50 mlrd. dollardan çoxdur“
29.10.2020
79 sahibkarlıq subyektində zəruri qayda və tələblərin pozulduğu müəyyən edilib
28.10.2020
Yeni Susay-Xınalıq avtomobil yolunda tikinti işləri aparılır
27.10.2020
Ermənistanın hərbi itkiləri 2,7 milyard dolları keçdi - İNFOQRAFİKA

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11805

1 Burunda olan tükləri kəsmək olmaz...
2 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
3 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
4 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана
5 Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info