Sarayevo film festivalında ölkəmizi “Doğma ocaq” təmsil edəcək
Tarix: 29.07.2013 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Azərbaycanlı rejissor Rodion İsmailovun “Doğma ocaq” filmi ölkəmizi Sarayevo film festivalında təmsil edəcək. Festival Bosniya və Herseqovinanın paytaxtında avqustun 16-dan 24-dək keçiriləcək.
Xalqımızın qədim adət-ənənələrini özündə əks etdirən “Doğma ocaq” filmi Azərbaycan və Rusiya mədəniyyətlərinin yaxınlığını qabarıq şəkildə nümayiş etdirir. Filmin qəhrəmanı Lolitanın anası rus, atası isə azərbaycanlıdır. 10 yaşlı Lolita atasının valideynləri, doğmaları ilə tanış olmaq üçün ilk dəfə olaraq Azərbaycana gəlir. O, azərbaycanlı qohumlarının ənənələri, mədəniyyəti və adətləri barədə daha çox şey öyrənmək istəyir. Burada gördükləri, doğmalarının münasibəti, adət-ənənələr, gözəl təbiət onun xatirəsində unudulmaz izlər buraxır. Onun Azərbaycan ilə ilk tanışlığı sənədli filmin süjet xəttini təşkil edir. Azərbaycanın “Sinema evi” və Rusiyanın “DS film” studiyalarının müştərək istehsalı olan film Azərbaycan Respublikası Mədəniyyət və Turizm və Rusiya Federasiyasının Mədəniyyət nazirliklərinin maliyyə dəstəyi ilə Tovuz rayonunun Köhnəqala kəndində çəkilib və xronometrajı 63 dəqiqədir. Filmin rejissoru Rodion İsmailov, operator Mixail Qorobçuk, bəstəkar Vladimir Kuptsov, montaj edən Svetlana Lyadvina, prodüserlər Rodion İsmailov, Svetlana Dalskaya, Elçin Musaoğlu, Xaqani Həşimovdur. “Doğma ocaq” filmi VIII Rusiya antropoloji filmlər festivalında “Ən yaxşı antropoloji film”, “Şaken ulduzları” XI Beynəlxalq kinofestivalında isə “Ən yaxşı sənədli film” mükafatlarına layiq görülüb.




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Qobustan Milli Tarix-Bədii Qoruğunda “Açıq qapı“ günləri olacaq
13.09.2019
Belarus teatrının solisti Bakıda çıxış edəcək
13.09.2019
Nüfuzlu musiqi yarışmalarının qalibi Canel Nəcəfli kimdir?
13.09.2019
“CinemaPlus”da MDB-dən olan sosial şəbəkə fəalları üçün “JARA”-nın nümayişi keçirilib
13.09.2019
Karvan keçdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info