“Ermənilər İspaniyada bizim nə qədər güclü olduğumuzu yaxşı bilirlər”
Tarix: 09.04.2019 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


“Valensiya Azərbaycanlıları” Cəmiyyəti sədri, diaspor fəalı Mübariz İbrahimin müsahibəsini oxuculara təqdim edirik.

- Mübariz bəy, nə zamandan İspaniyada yaşayırsınız və Valensiyada nə qədər soydaşımız yaşayır?

- 2005-ci ildən İspaniya Krallığının Valensiya şəhərində yaşayıram. Hazırda bildiyimiz qədər Valensiyada 40-a yaxın azərbaycanlı soydaşımız yaşayır. Qeyd edim ki, hər il bir çox tələbələrimiz təhsil almaq üçün bura gəlirlər.

- Soydaşlarımız arasında birlik sizi qane edirmi?

- Bayramlarda, hər hansı tədbirlərimizdə və asudə vaxtlarımızda onlarla tez-tez görüşüb yaxından maraqlanıram, onlara hər cür dəstəyi veririk və bundan sonra da verəcəyik. Bəzi hallarda isə işlə əlaqədar olaraq bəzi vətəndaşlarımız tədbirlərimizə qatıla bilmirlər. Ancaq onlar da əlindən gələni heç vaxt əsirgəməyiblər. Hər kəsdən razıyıq. Həmişə belə mehriban olmalıyıq ki,birliyimiz və həmrəylimiz güclü olsun.

- İspaniyada ölkəmiz barədə təsəvvürlər nədən ibarətdir?

- Artıq İspaniyada ölkəmiz haqqında təsəvvürlər yaxşı formalaşıb. İspaniya xalqı artıq Azərbaycanı Avroviziya, Formula 1, İslam Olimpiya oyunları və digər önəmli beynəlxalq tədbirlərlə tanıyır. Cənab Prezidentimizin uğurlu siyasəti nəticəsində Azərbaycanı dünyanın hər yerində güclü dövlət kimi tanıyırlar.

- Bildiyimiz qədər yerli media ilə əlaqələriniz yaxşıdır. Valensiya mediasının ölkəmizə olan münasibəti necədir?

- Yerli media ilə əlaqələrim çox yaxşıdır. Ən əsası onların da bizim ölkəyə olan münasibətləri çox müsbətdir. Bundan sonra da media ilə sıx əməkdaşlığı gücləndirəcəyik.

- Bu yaxınlarda Barselonada erməni separatçılarının konserti təşkil olundu. Siz də tədbirdə iştirak edirdiniz. Bu barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, bu kimi fəaliyyətlərə qarşı onlara hüquq çərçivəsində mübarizə aparmaq mümkündürmü?

- Mart ayının 31-i Barselonada erməni separatçılarının keçirtdiyi konsert demək olar ki, başlarına çökdü. Onlar orada 600 nəfər (bəlkə də çox) idi. Bizi görən kimi konsertin vaxtını dəyişdilər və hamısı çölə çıxmağa başladılar. Bizlərdən qorxduqları üzlərindən hiss olunurdu. Biz bir azərbaycanlı kimi, bir əsgər kimi qarşılarına keçib, öz sözümüzü dedik. Əsgərlərimiz necə ki, səngərdə düşmənlə üz-üzədirsə, biz də burada onlarla qarşı-qarşıya dayandıq. 600 nəfərə qarşı 31 nəfər olmağımıza baxmayaraq, bu kimi vəziyyətlərdə vətəndaşlarımızı fəal olmağa çağırıram. Birliyimiz bizim qələbəmizdir. Və ermənilər də bizim nə qədər güclü olduğumuzu yaxşı bilir. Onu da qeyd etmək istəyirəm ki, bu kimi hadisələrdə hüquq çərçivəsində mübarizə aparmağımız lazımdır.

- Qarabağ məsələsi ilə ispan cəmiyyəti məlumatladırmı?

- Artıq ispan cəmiyyəti Qarabağ məsələsi barədə məlumatlıdır. Cəmiyyət olaraq Qarabağ məsələsini daha da tanıdacağıq. Bununla bağlı tanıtım fəaliyyətimiz davam edir. Fürsətdən istifadə edib, Qarabağla bağlı keçirilən tədbirlərdə iştirak edən hər bir vətəndaşlarımıza öz minnətdarlığımı bildirirəm. Biz bir daha düşmənə necə mübariz olduğumuzu göstərdik. İnşallah, Allahın izni ilə Qarabağımızı tezliklə düşmən işğalından azad edəcəyik.

Elnur Eltürk




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
“İnsanlara süd içmək olmaz, orqanizmə zərəri çoxdur”
13.06.2019
“Ambassador’s wife can positively affect the image of her country with her actions including those that are related to their personal life”
03.06.2019
Azərbaycan sevgisini kətana köçürən ukraynalı rəssam
03.06.2019
Украинский художник, который перевел азербайджанскую любовь на холст
01.06.2019
Bu gündən Azərbaycanda ov mövsümü açıq elan edilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info