“Azərbaycan və Pakistan arasında ticarət əlaqələrinin inkişafı üçün ən başlıca addım birbaşa reyslərin açılmasıdır”
Tarix: 09.04.2019 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, aprelin 11-də Bakıda Pakistan, Türkiyə və Azərbaycanın birgə qida, turizm məhsulları və tekstil sərgisi başlayır. Aprelin 9-da bununla bağlı keçirilən mətbuat konfransında çıxış edən Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhmand dedi ki, tədbir Pakistan tərəfinin təşəbbüsü ilə ilk dəfə keçirilir və sərginin məqsədi Azərbaycan, Türkiyə və Pakistan arasında ticarət və iqtisadi əlaqələri inkişaf etdirmək və 3 ölkənin xalqlarını bir araya gətirməkdir. Onun sözlərinə görə, Azərbaycan və Pakistan arasındakı ticarət əlaqələri mövcud olan potensialı tam əks etdirmir: "Sərgidə 34 şirkət iştirak edəcək və ümid edirəm ki, bu, ölkələrimiz arasında mövcud olan ticari əlaqələrin inkişafına səbəb olacaq. Azərbaycan və Pakistan arasında ticarət əlaqələrinin inkişafı üçün ən başlıca addım birbaşa reyslərin açılmasıdır. Pakistanlı iş adamları buraya gəlmək üçün Dubay və Qatar üzərindən uçuşlar həyata keçirir. Bu məsafənin qısalması malların qiymətinə də öz təsiri göstərəcək". Səfir vurğuladı ki, iki ölkə arasında ticarət dövriyyəsi 2016-cı ildən bu yana 2 dəfə artaraq 16 milyon dollara çatıb.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info