Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri kiçik və orta sahibkarlıq sahəsində əlaqələri genişləndirir
Tarix: 09.04.2019 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Birləşmiş Ərəb Əmirliklərinin analoji qurumu olan Dubayın Kiçik və Orta Sahibkarlıq üzrə İnkişaf Qurumu arasında əməkdaşlıq genişlənir. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ənənəvi olaraq keçirilən İllik İnvestisiya Toplantısı çərçivəsində təşkil olunmuş görüşdə müzakirələr aparılıb. 8-ci İllik İnvestisiya Toplantısında iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Dubayın Kiçik və Orta Sahibkarlıq üzrə İnkişaf Qurumunun baş icraçı direktoru Abdul Baset Əl-Janahi arasında keçirilmiş görüşdə tərəflər əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib, əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar. Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin KOB subyektləri arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, bu məqsədlə KOBİA və Dubayın Kiçik və Orta Sahibkarlıq üzrə İnkişaf Qurumu arasında əlaqələrin genişləndirilməsi, KOB-ların iştirakı ilə Bakıda birgə tədbirin təşkili, BƏƏ investisiyaları əsasında ölkəmizdə birgə layihələrin reallaşdırılması görüşün başlıca müzakirə mövzularından olub. Məlumat üçün qeyd edək ki, aprelin 8-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində öz işinə başlamış 8-ci İllik İnvestisiya Toplantısı sahibkarlığın inkişafı üçün investisiya imkanlarının, sərmayələrin təşviqi tendensiyalarının və bu sahədə əməkdaşlığın müzakirə olunması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması baxımından əlverişli platformadır. Bu ilki toplantıda 140-dan çox ölkədən 10 mindən artıq dövlət və özəl qurumların nümayəndələri, ekspertlər və tanınmış alimlər iştirak edir.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.10.2020
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb
21.10.2020
Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq
20.10.2020
Cəbhəyanı bölgələrdə fəaliyyət göstərən sahibkarlara dəstək göstərilib
20.10.2020
“Xudafərin” hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması məsələlərinə baxılır - Nazir
20.10.2020
Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
2 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”
3 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
4 Narşərab salatı
5 Azərbaycanda təhsil müəssisələrində payız tətilinin vaxtı dəyişib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info