Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində təmsil olunur
Tarix: 09.04.2019 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Azərbaycan İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində (WSIS-2019) təmsil olunur. Sammitdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti iştirak edir.
Sözügedən sammit informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün dünyanın illik ən böyük sammitlərindən biridir. İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə şərait yaradan çoxsaylı maraqlı tərəflərin platformasıdır. Bu tədbir inkişafda olan informasiya cəmiyyətinin yeni tendensiyalarını müəyyən etmək, informasiya mübadiləsi və qabaqcıl təcrübələrin bölüşdürülməsi baxımından unikal imkanlar yaradır. Bu il sammit “Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunması üçün İnformasiya-Kommunikasiya Texnologiyaları” mövzusunda öz işinə başlayıb və 12 aprel tarixinədək davam edəcək. Məlumat üçün bildirək ki, forum bu il 10-cu ildönümünü qeyd edir.
Bununla da, artıq illərdir ki, WSIS bütün maraqlı tərəflər üçün “ədalətli və bərabərhüquqlu informasiya cəmiyyəti” platformasını təşkil etməkdədir.
Forum çərçivəsində 9-10 aprel tarixlərində yüksək səviyyəli siyasi sessiyalar keçiriləcək. Hökumət, özəl sektor və ictimai təşkilatların yüksək səviyyəli təmsilçiləri tərəfindən İKT sahəsində yaranmaqda olan tendensiyalar, imkanlar və çağırışlar müzakirə olunacaq. Sammit öz işini aprelin 12-dək davam etdirəcək.
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə İxtisaslaşmış Agentliyi (UNESCO), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən hər il ənənəvi olaraq təşkil olunan sammitdə Nazirlər Toplantısı, digər sessiya və forumlar da keçiriləcək.
Sammit çərçivəsində “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2019 Mükafatları” (WSIS Prizes – 2019) da sahiblərinə təqdim olunacaq. Qeyd edək ki, ölkəmiz müsabiqəyə “Made in Azerbaijan” brendi ilə layihələr təqdim edib.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info