Ermənistandakı antirusiya kampaniyasının arxasında nə dayanır?
Tarix: 29.07.2013 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Qalust Qriqoryan: “Rusiya heç vaxt Azərbaycana qarşı olan sənəd qəbul etməyib, əksinə, Azərbaycanla iqtisadi əməkdaşlığını genişləndirməkdə davam edir, qarşılıqlı münasibətlərdə tam anlaşma hökm sürür”

Ermənistan rəhbərliyinin müstəqil xarici siyasət həyata keçirə bilməməsi, Lavrov və ya digər güclü dövlətlərin xarici siyasət idarəsi rəhbərlərinin göndərdiyi «zapiska» ilə qərarlar qəbul etməsi bəlli olan reallıqdır. İşğalçı ölkə rəsmiləri, diplomatları bunu o qədər aşkar şəkildə edirlər ki, nəyisə gizlətməyə ehtiyac hiss etmirlər. Bununla bir daha nümayiş etdirirlər ki, onlar müstəqil dövlət deyillər, dövlətin, xalqın milli maraqlarını nəzərə alaraq daxili-xarici siyasət həyata keçirmək iqtidarında deyillər.
Son ay ərzində Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdiriləsi ilə bağlı bəzi addımların atılması, Brüssel-İrəvan qarşılıqlı səfərlərinin sayının çoxalması heç də İrəvanın xarici siyasət vektorunun dəyişməsi və müstəqil addım atması ilə bağlı deyil. Bir çox ekspertlər hesab edir ki, rəsmi İrəvanın Brüsellə yeni formada münasibətlər qurmaq görüntüsü yaratması blef xarakterlidir. Çünki Ermənistanın Rusiyanın oriyentasiyasından çıxaraq Qərbə meyillənməsi demək olar ki, imkansızdır. Ən azı ona görə ki, bu ölkənin ərazisində Rusiyanın çoxminli ordusu, hərbi bazası, uzaq mənzilli raketləri, hərbi texnikası yerləşir. Hərbi bazanın bütün kommunal ödəmələri isə Ermənistanın büdcəsindən ödənilir. Bu dövlət necə Rusiyanın oriyentasiyasından, təsir dairəsində çıxa bilər ki, sərhədlərini rus əsgərləri qoruyur. Yüz minlərlə erməni ailəsini dolandırmaq üçün Rusiyada işləyərək evə çörək pulu göndərir. Ermənistan hər dəfə işi dolaşığa düşəndə məhz Rusiyadan maliyyə yardımı almaqla vəziyyətdən çıxa bilib və bu gün həmin yardımların hesabına dövlət olaraq ən azı ayaqda dayana bilirlər. Ermənistanın enerji sistemi tamamilə Rusiyanın nəzarəti altındadır. Mavi yanacaq Rusiyadan gəlir və işğalçıların başqa çıxış yolları yoxdur. Doğrudur, qonşu İrandan qaz alına bilər, amma həmin qazın daşınacağı kəmərin sahibi Rusiyadır. Qeyd etdiklərimiz sadəcə Rusiyadan olan asılılığın cüzi bir hissəsidir. Amma bunlar belə, kifayət edir ki, Ermənistanın Kremlin dairəsindən çıxaraq Brüsselə tərəf yönəlməsinin qarşısını alsın. Bu gün Ermənistanı Rusiyaya qarşı acıqlı olmağa vadar edən səbəb Moskvanın Azərbaycanla isti münasibətləri, rəsmi Bakı ilə qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan, iki müstəqil dövlət münasibətləri qurmasıdır. Ermənilər heç vaxt Rusiyadan bu münasibəti görməyiblər, həmişə Kremldən gələn əmrləri yerinə yetirməklə yaşayıblar. Amma görürlər ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər iki müstəqil dövlət arasındakı münasibətlərdir və tərəflər bu münasibətlərin qurulmasını da, inkişafını da milli, dövlət maraqlarının qorunması prinsipi ilə həyata keçirir. Rusiyanın Azərbaycana müasir silahlar satması da iki dövlət arasındakı münasibətlərdən xəbər verir. Ermənistan bu münasibətlərə həsədlə baxır və heç vaxt Rusiya tərəfdən belə münasibətə layiq görülməməsinin təəssüfünü yaşayır.

“Rusiya Azərbaycana silah satıb və bu silahlar Ermənistana qarşı yönəlib. Amma bunun Kreml üçün heç bir əhəmiyyəti yoxdur”

Bu dövləti Rusiya yaradıb və ondan da şəxsi əşyası kimi istədiyi kimi istifadə edir. Ermənistan adlı dövlət bu gün mövcuddursa, ermənilər buna görə Rusiyaya minnətdar olmalıdırlar. Amma onlar nə edir? Moskvanın Azərbaycanla münasibətlərini həzm edə bilməyərək Kremlə acıq edirlər, Brüssel və Vaşinqtonla əməkdaşlıqdan dəm vururlar. Elə erməni ekspert Qalust Qriqoryan da son məqaləsində ABŞ Konqresinin Nümayəndələr Palatasında Ermənistana 2014-cü maliyyə ilində ediləcək yardımla bağlı səsləndirilən təklifin təsiri altında Amerikanı dost, Rusiyanı düşmən kimi təqdim edir. Ekspert qeyd edir ki, ABŞ ədalətli mövqe tutaraq blokada şəraitində olan Ermənistana maliyyə yardımı ayırır, «907-ci» düzəlişi qüvvədə saxlayır və s. Ekspert unudur ki, «907-ci» düzəlişin yanlış olduğunu Vaşinqton da yaxşı anlayır və zaman içində onun ləğv ediləcəyini qeyd edir. Ağ Ev Ermənistana bu qədər önəm versəydi, həmin o düzəlişi hər ilin əvvəlində ABŞ prezidentinin qərarı ilə dondurmazdı. Qriqoryan qeyd edir ki, maliyyə yardımı ayrılması göstərir ki, ABŞ Ermənistanın dostudur: «İndi isə gəlin Rusiyanın mövqeyinə baxaq. Məgər bizim səhvən strateji tərəfdaş adlandırdığımız bu dövlət Dağlıq Qarabağa yardım ayırırmı? Birləşmiş Ştatların etdiyini Rusiya etmir. Rusiyanın Dağlıq Qarabağla bağlı heç bir dostluq qrupu yoxdur. Rusiya Dövlət Duması ilə Qarabağın parlamenti arasında dostluq qrupu fəaliyyət göstərmir. Bako Saakyan hələ indiyə qədər bir dəfə də olsun, Rusiya prezidenti tərəfindən qəbul edilməyib. Halbuki Cənubi Osetiya və Abxaziya liderlərinin Rusiya dövlət başçısı tərəfindən qəbul edilməsi adi haldır. Üstəlik, Rusiya açıq şəkildə Cənubi Osetiya və Abxaziyanı maliyyələşdirir. Nəhayət, Rusiya həmin bölgələrin müstəqilliyini tanısa da, Dağlıq Qarabağın müstəqilliyini tanımır. Rusiya Azərbaycana qarşı «907-ci» düzəlişə oxşar heç bir sənəd qəbul etməyib. Əksinə, Rusiya Türkiyə və Azərbaycanla iqtisadi əməkdaşlığını genişləndirməkdə davam edir, qarşılıqlı münasibətlərdə tam anlaşma hökm sürür. Rusiya prezidentləri heç vaxt ABŞ prezidentləri kimi 1915-ci il hadisələri ilə bağlı xüsusi müraciət yaymırlar. Moskva ilə Bakının münasibətlərində maraqların yaxınlaşması hiss olunur. Rusiya Azərbaycana silah satıb və bu silahlar Ermənistana və Dağlıq Qarabağ qarşı yönəlib. Amma bunun Kreml üçün heç bir əhəmiyyəti yoxdur. Onlar bizneslə məşğuldurlar. Sadaladığım bu faktlar göstərir ki, Ermənistanda Rusiyanın nüfuzu azalır, ABŞ-ın isə nüfuzu artır. Rusiya öz nüfuzunu artırmaq üçün müəyyən addımlar atmalıdır». Göründüyü kimi, erməniləri ən çox yandıran Kremlin Azərbaycanla iki müstəqil dövlət münasibətləri qurması, Ermənistana isə layiq olduğu «forpost» münasibəti göstərməsidir. Onların bu münasibətlərdən qıcıqlanaraq Rusiyanı tənqid atəşinə tutması, ABŞ və Avropa İttifaqını mədh etmələri söz oyunundan o tərəfə gedən deyil və bunu işğalçılar da yaxşı bilir. Doğrudur, bu fakt bir daha təsdiqləyir ki, ermənilər çox nankor, etibarsız millətdirlər və yaşadıqları dövlətin mahiyyəti də bu keyfiyyət göstəricilərindən fərqlənmir. Əgər bu gün dünyanın siyasi xəritəsində Ermənistan adlı dövlət varsa, onlar buna görə Rusiyaya minnətdar olmalıdırlar. Əgər Ermənistanda adlı məmləkətdə yaşayış varsa, buna görə Rusiyaya borcludurlar. Amma onlar nə edirlər? Rusiyanın Azərbaycanla münasibətlərindən qıcıqlanaraq Brüssel və ABŞ-a doğru qaçmağa cəhd edirlər. Milli xüsusiyyətlərinə xas olaraq nankorluq edir, çörək yedikləri qaba tüpürürlər. Bu onların genlərindən gələn xüsusiyyətdir və dəyişə bilmirlər. Onlar başa düşmürlər və ya düşmək istəmirlər ki, Azərbaycan bu gün Cənubi Qafqazın siyasi-iqtisadi-hərbi baxımdan lider dövlətidir, BMT Təhlükəsizlik Şurasının üzvüdür, Rusiya ilə normal münasibətlərə sahibdir, eyni zamanda ABŞ-la da strateji tərəfdaşlıq münasibətləri formalaşdırıb, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında əsas söz sahibi olan dövlətlərdən biridir. Azərbaycanla münasibətlər yaratmaq, iqtisadi əlaqələr qurmaq və ya onu inkişaf etdirmək üçün uzaq Cənubi Amerika dövlətləri belə, fəal siyasət həyata keçirirlər. Ermənistan isə özü qazdığı quyunun dibində çabalamaqda, bu münasibətlərin yaratdığı qıcıq nəticəsində Kremlə Brüssel arasında mənasız var-gəl etməkdən başqa heç nə edə bilmir. Daha anlamırlar ki, onların nicat yolu uzaqdan-Brüsseldən, Vaşinqtondan yox, daha yaxından Bakıdan keçir, işğal olunan Azərbaycan torpaqlarını azad etməkdən keçir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək
27.08.2019
Proqramsız müxalifət
26.08.2019
Paşinyanın komandasında parçalanma başladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info