“İbrahimbəyov ermənipərəstdir”
Tarix: 29.07.2013 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


“Ziyalı başqa mərtəbədir. Rüstəm İbrahimbəyov tanınmış yazıçıdır. Ziyalı olmaq nəbzin vətən, xalq və cəmiyyətlə birgə vurması deməkdir. Bir yazıçı hesab edə bilər ki, o, ermənilərlə işləyə və sülh tərəfdarı ola bilər.
O, qəbul edir ki, xalqlar arasında dostluq əlaqələri vacibdir. “Onsuz da müharibə bitəcək, sonda yoldaşlıq və qonşuluq qalacaq. Onda bizi başa düşəcəklər" kimi düşünən insanlar var. Elə insanlar da var ki, düşmənlə müştərək layihələrdə iştirak etməyi heysiyyətinə sığışdırmır. Hətta bilsə ki, bunun müqabilində böyük mükafatlar alacaq, şöhrət qazanacaq, ömründə bu işə əl uzatmaz. Çünki o insanda milli heysiyyət yaşayır. Onun gözünün qarşısında erməninin fəaliyyəti nəticəsində məhv olmuş Xocalı və vəhşicəsinə qətlə yetirilmiş 30 min Azərbaycan insanı, Azərbaycan torpaqlarında qurulmuş Ermənistan var. Belə insanlar vətəninin bu halını öz ruhunda, əxlaqında və mənəviyyatında yaşayır. Bu hissləri yaşamayan insanı onda olmayan xüsusiyyətlərə görə qınamaq olmaz”.

Bu fikirlər “milli şura”nın üzvü, yazıçı-publisist, İctimai Palata Koordinasiya Şurasının üzvü Mehriban Vəzirə məxsusdur. Xatırladaq ki, o, bu sözləri 2008-ci ildə verdiyi müsahibəsində qurumun hazırkı sədri, prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov haqqında demişdi. Mehriban Vəzir daha sonra bildirmişdi:
“Mən Rüstəm İbrahimbəyovu heç qınamıram. Onun Vətən və millət heysiyyəti yoxdursa, biz bu insandan nə istəyirik?! Ona görə də düşünürəm ki, İbrahimbəyov kimi insanlar ermənilərlə işbirliyinə gedər. Elə insanlara ancaq belə fəaliyyət yaraşır".
Bütün bunlara hər hansı şərh verməyə ehtiyac görmürük. Ancaq bir məsələni bilmək maraqlı olardı: görəsən, Rüstəm İbrahimbəyov dəyişilib, yoxsa Mehriban Vəzirin düşüncələri?! Ən maraqlısı isə odur ki, Rüstəm İbrahimbəyov illər öncə olduğu kimi yenə də ermənipərəstliyindən əl çəkməyib. O, son müsahibələrinin birində ermənilərə ola simpatyasını da gizlətməyib. Təbii ki, müxalifətin özünə “vahid namizəd” seçdiyi belə bir şəxsdən xalqın heç bir gözləntisi də olmaz.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
“O riyakar ölkələr Ermənistanın Azərbaycan toraqlarına qarşı hücumlarının qarşısını almaq üçün addım atmırlar”
21.09.2020
Ermənistanın hərəkətləri beynəlxalq sülhə və hüquqa təhdiddir
21.09.2020
KTMT Ermənistanın və ya hər hansı bir digər dövlətin təxribatçı fəaliyyətini dəstəkləmir
19.09.2020
Azərbaycanın bayrağı bizim bayrağımız, şərəfi bizim şərəfimizdir
17.09.2020
Livanlı qaçqınların Dağlıq Qarabağa real axını barədə Rusiyanın təsdiqlənmiş məlumatı yoxdur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info