4 küçənin təmiri yekunlaşıb
Tarix: 10.04.2019 | Saat: 12:59:00 | E-mail | Çapa göndər


Qaradağ rayonunda təmir-tikinti işləri çərçivəsində artıq 2.2 km uzunluğa malik 4 küçənin 15 min kv.m-dən çox sahəsində təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bu, uzunluqları 1.2 km olan rayonun Müşfiqabad qəsəbəsinin “1-ci massiv-A” və “1-ci massiv-B” küçələri, həmçinin 600 metr uzunluğa malik “2-ci massiv” küçəsi, bundan başqa Lökbatan qəsəbəsində 450 metr uzunluğunda olan Seymur Orucov küçəsidir.
Sadalanan küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb, yağış barmaqlıqları yenilənib, zəruri yerlərdə mövcud piyada səkiləri bərpa olunub və yeni səki daşları düzülüb.
Hazırda isə cari təmir işləri Qaradağ rayonu üzrə Müşviqabad qəsəbəsində 1.3 km uzunluğa malik 28 may küçəsində, orta təmir işləri isə Lökbatan qəsəbəsinin 700 metr uzunluğa malik Nizami və Musəvi küçələrində aparılır. Cari və orta təmir işləri aparılan ərazinin sahəsi 15 min kv.m-ə yaxındır.
Sözügedən küçələr ümumi istifadədə olan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçələrdir ki, xüsusən payız-qış mövsümündə küçələrlə vətəndaşların hərəkətində problemlər yaşanırdı. İşlərin aparılması ilə bu problemlər aradan qalxacaq.
İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq, Qaradağ rayonunun Lökbatan, Korgöz və Qobustan qəsəbələri üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur.
Belə ki, yaxın müddət ərzində Korgöz qəsəbəsində 1.4 km uzunluğa malik və mərkəzi küçəni 197 saylı orta məktəblə birləşdirən küçədə, həmçinin Lökbatan qəsəbəsinin 1.3 km uzunluğa malik Nizami və Seymur Orucov küçələrinin kəsişməsində, bundan başqa qəsəbənin “6-cı massiv” yaşayış sahəsinin 1 km uzunluğa malik 5-ci küçəsində təmir-tikinti işlərinə start veriləcək. Təmir işlərinin aparılacaq ərazinin sahəsi 30 min kv.m-ə yaxındır.
Təmiri aparılan və nəzərdə tutulan küçələr Qaradağ rayonunda vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2020
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb
21.10.2020
Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq
20.10.2020
Cəbhəyanı bölgələrdə fəaliyyət göstərən sahibkarlara dəstək göstərilib
20.10.2020
“Xudafərin” hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması məsələlərinə baxılır - Nazir
20.10.2020
Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
2 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”
3 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
4 Narşərab salatı
5 Azərbaycanda təhsil müəssisələrində payız tətilinin vaxtı dəyişib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info