Bağırsaq çöpü aşkarlandı
Tarix: 29.07.2013 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


Nabrandakı istirahət mərkəzlərində verilən salatlarda

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin ərzaq məhsullarının və ictimai iaşə xidmətlərinin keyfiyyətinə nəzarət şöbəsi və Xidmətin Xaçmaz Ərazi İdarəsi tərəfindən “Atlant” MMC-yə məxsus istirahət mərkəzində dövlət nəzarəti tədbirləri həyata keçiriliB. SMPDK-dan bildiriblər ki, araşdırma zamanı müəssisənin mətbəxlərinin antisanitariya vəziyyətində olduğu, havalandırma sisteminin yaradılmadığı, işçilərin gigiyenik tələblərə əməl etmədikləri, soyuducu kameralarda, anbarlarda saxlanılan xammalların, yarımfabrikatların saxlanma rejiminə əməl edilmədiyi aşkara çıxarılıb.
Müəyyən edilib ki, yeməklərin hazırlanmasında istifadə olunan ərzaqlar zərərverici həşəratlara yoluxmuş vəziyyətdədir. Xammallarla yanaşı, bir neçə ədəd siçan tələsinin qoyulması halı aşkarlanıb.
Həmçinin mətbəxdə mənşəyi məlum olmayan müxtəlif çeşidli mürəbbə, bal, xama, 40 kiloqram pendir və üzəri kif qatı bağlamış 33 ədəd 3 litrlik müxtəlif kompotlar, yararlılıq müddəti bitmiş sosiska məhsulları aşkar edilib. Yeməklərin hazırlanmasında istifadə olunan xammalın və çörəyin gigiyenik və uyğunluq sertifikatları mövcud olmayıb.
Eyni zamanda, “Nişanə” MMC-yə məxsus “Malibu” istirahət mərkəzində də dövlət nəzarəti həyata keçirilib. Araşdırma zamanı istirahət mərkəzinin mətbəxlərinin ümumi vəziyyətinin normativ sənədlərin tələblərinə uyğun olmadığı, istifadə olunan xammalların uyğunluq və gigiyenik sertifikatlarının olmadığı, mətbəxin antisanitar şəraitdə saxlanıldığı müəyyən olunub.
Hazır məhsullardan götürülmüş nümunələrin laboratoriya sınaqlarının nəticələrinə görə, “Atlant” istirahət mərkəzində “Paytaxt” salatında bağırsaq çöpü qrupundan olan bakteriyalar, “S.aureus”, “E.coli” mikrobları və maya göbələkləri, “Mimoza” salatında isə bağırsaq çöpü qrupundan olan bakteriyalar və E.coli mikrobları aşkar edilib. “Malibu” istirahət mərkəzindən götürülmüş nümunələrdə kələm və paytaxt salatında bağırsaq çöpləri qrupundan olan bakteriyalar, “S.aureus”, “E.coli” mikrobları və maya göbələkləri olduğu məlum olub. Qanun pozuntularına görə, “Nişanə” MMC-yə məxsus “Malibu” istirahət mərkəzində “Kələm” və “Paytaxt” salatlarının hazırlanması və satışı, “Atlant” MMC-də çörəyin, “Mimoza” və “Paytaxt” salatlarının hazırlanması və satışı qadağan edilib. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq istehlakçı hüquqlarının pozulması faktına görə hər iki müəssisə ilə bağlı inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün vaxt verilib.




 
Bölməyə aid digər xəbərlər
29.09.2020
Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
29.09.2020
Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir
28.09.2020
“Ermənistan öz işğalçı əməllərindən əl çəkməsə, çoxlu zabitləri, generalları, əsgərləri məhv ediləcək”
27.09.2020
MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur
27.09.2020
Ordumuza məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının vurulması yalandır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
3 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
4 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
5 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info