“Həmin məktəbin şagirdləri mərkəzimizdə təmənnasız psixoloji diaqnostikadan keçə bilərlər”
Tarix: 11.04.2019 | Saat: 12:29:00 | E-mail | Çapa göndər


“ABC Tədris İnkişaf Mərkəzin”dən təqdirəlayiq addım


Yeniyetmələrin, şagird və tələbələrin, ümumiyyətlə əsasən gənclərin psixoloji durumuna nəzarət etmək lazımdır. Bunun üçün yalnız onların çalışdıqları qurumları, oxuduqları təhsil ocaqlarının deyil, həm valideynlərin üzərinə məsuliyyət düşür. Son günlər sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilmiş azyaşlı qızın məlum intihar xəbəri isə psixoloqa müraciətin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha göstərdi. Bununla bağlı “ABC Tədris İnkişaf Mərkəzin”in rəhbəri Leyla Həsənova yeniyetmə övladı olan valideynlər üçün təqdir olunası çağırış edib. O valideynləri öz övladlarına daha ciddi nəzarət etmələrinə çağırıb və həmçinin öz mərkəzlərində həmin hadisənin şahidi olan məktəblilər üçün təmənnasız xidmət təklif edib: “Düzdür bu hadisə ilə bağlı aidiyyəti qurumlar müvafiq araşdırmalar aparırlar. Bu ayrı mövzunun söhbətidir. Amma həmin günün şahidləri var, təəssüf ki, hadisə azyaşlı uşaqların, yeniyetmələrin gözü qarşısında baş verib. O şahidlər- şagirdlərin hər biri də ciddi psixoloji travmalar aldılar.
Mən həkim və “ABC Tədris İnkişaf Mərkəzinin” rəhbəri olaraq 162 saylı orta məktəbin şagirdlərinin valideynlərinə müraciət edirəm. Həmin məktəbin hər bir şagirdini mərkəzimizdə, kollektivimizdə çalışan mütəxəssislərin dəyərli məsləhətləri ilə təmənnasız olaraq psixoloji diaqnostikadan keçirtməyi təklif edirəm!
Düşünürəm ki, psixoloji travma alan şagirdlərin də diqqətdə saxlanması vacib amildir”.




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Müxalifət dəyişməlidir...
23.04.2019
“Erməni soyqırımı”, yalanlar və gerçəklər: Qərbin Türkiyəni şantaj siyasəti
23.04.2019
Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
22.04.2019
Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info