“Rüstəm bəy fərarilik edir”
Tarix: 29.07.2013 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


Əli Əliyev: “Onu toy generallarının
siyahısına daxil edəcəm”


Fərəc Quliyev: “Rüstəm İbrahimbəyovun ciddi iradəsi
yoxdur. Yaxud onun iradəsi özününkü deyil”


Mais Güləliyev: “Onlar bu gedişlə belə vəziyyətə əvvəl-
axır düşməli idilər və ona görə də düşdülər”


Radikal müxalifət bu seçki ərəfəsində də illüziyalara qapılmaqdadır. Radikal qrup və şəxslərin təmsil olunduğu “milli şura” bu gün bütün ümidlərini Rusiyadakı sədri və seçkidə namizədi olan Rüstəm İbrahimbəyovun ölkəyə qayıtmasına kökləyib. “Milli şura”dakılar bu şəxsin heç bir fərdi keyfiyyətini, siyasi qabiliyyət səviyyəsini(oxu: siyasi qabiliyyətsizliyini) və sair nəzərə almayaraq onu qabağa verdilər.

Burada məqsəd R.İbrahimbəyovun Rusiyadakı əlaqələrindən və onun pulundan yararlanmaqdı. İndi isə yavaş-yavaş aydın olmağa başlayır ki, bu adam Azərbaycana qayıtmağa qorxur və ona görə də “qayıdış” tarixlərini hər dəfə dala çəkməkdədir. Bu isə “milli şura”nı artıp dalana dirəyib. İndi bu səbəbdən “milli şura”nın tamam parçalanması və dağılması getdikcə daha da reallaşır. Səbəb isə “milli şura”dakıların bütün fəaliyyət və ümidlərini ələbaxımçı bir şəkildə İbrahimbəyova bağlamalarıdır.
“Palitra”ya bu barədə fikrini bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, milət vəkili Fərəc Quliyev düşünmür ki, “milli şura” və onun sədri hansısa səviyyədə ciddidirlər: “Onların ciddi olduqlarını və düşünmürəm. Konkret olaraq Rüstəm İbrahimbəyovun ciddi iradəsi yoxdur. Yaxud onun iradəsi özününkü deyil. Bu adam Rusiyadakı bəzi dairələrin iradəsi il hərəkət edir. Mən başa düşmürəm ki, bu müvəqqəti istifadə üçün nəzərdə tutulan adama niyə bu qədər diqqət yetirirlər. Onun bu qədər əhəmiyyəti yoxdur, onu bu qədər şişirtmək lazım deyil”.
“Palitra”ya fikirlərini bildirən Vətən blokunun nümayəndəsi, Yaşıllar Partiyasının sədri Mais Güləliyev isə belə dedi: “Rüstəm İbrahimbəyovun, “milli şura”nın bu cür siyasi fəaliyyətinin perspektivsiz və mənasız olduğu ilə bağlı hələ yanvar ayından başlayaraq birinci dəfə mən fikir bildirmişəm, müsahibələr vermişəm, yazı yazmışam. Bu may ayının ortalarına qədər davam edib. Ancaq may ayının ortalarında biz Vətən blokunu formalaşdırdıq. Vətən blokunun digər paritya və bloklarla münasibəti müzakirə olundu. Belə qərara gəldik ki, digər blokların və onların nümayəndələrinin , eləcə də “milli şura”nın nə yaxşılığına, nə də pisliyinə münasibət bildirməyək. İndi isə bu blokun özünə lider seçdiyi şəxs ölkəyə gəlmək istəmirsə, öz problemləridir. O vaxt da dəfələrlə bildirmişik ki, bu qurumun heç bir xeyri və perspektivi yoxdur. Əgər fəaliyyət proqramları olsaydı, əlbəttə də, indi də bu barədə fikir söyləmək olardı. İş orasındadır ki, proqramları da yoxdur”.
Bu gün “milli şura”nın yalnız Rüstəm İbrahimbəyovun ölkəyə gəlib-gəlməyəcəyindən asılı vəziyyətə düşdüyünə münasibətini bildirən M.Güləliyev belə qeyd etdi: “Onlar bu gedişlə belə vəziyətə əvvəl-axır düşməli idilər və ona görə də düşdülər. Amma bundan artıq onlar barədə fikir bildirmək istəmirəm”.
Vətəndaş və İnkişaf Partiyasının sədri (VİP) Əli Əliyevisə bizə belə dedi: “Ölkəyə istər iki illik, istərsə dəc beş illik rəhbərlik etmək iddiasına düşən şəxs əgər ciddi siyasi mübarizəyə qoşulmaq istəyirsə, özünü fədakar kimi qələmə verirsə, o, “həbs”dən və sair gözlənilən, yaxud iddia etdiyi əngəllərdən çəkinməməlidir. Yaxud haqlıdırsa, heç bir suçu, əmması yoxdursa ölkəyə gəlməlidir, ölkədə siyasi fəaliyyətlə məşğul ollmalıdır. Xalqı üçün çalışdığını deyirsə, buyursun, gəlsin. İndiyə qədər həqiqətən də cəmiyyəti üçün çalışdığını deyən və bunu əməli ilə sübut edən neçə-neçə tarixi şəxsiyyətlər olub ki, onlar heç bir şeydən çəkinməyiblər və ölkələrində fəaliyyət göstəriblər. Amma Rüstəm bəydə biz bunu görmürük. O, ölkəyə gəlmək istəmir. Bu fərarilikdir. Ölkəyə gəlməmək, seçkidə real olaraq iştirak etmək istəməmək, amma yalandan özünü “siyasətdə iş başında göstərmək” sadəcə bu cür yozula bilər. Ümumiyyətlə, Azərbaycan siyasətçilərinin bir çoxu toiy generallarına bənzəyirlər. Gərək, onları yumşaq yerdə oturdasan, yuxarı başa keçirəsən, qonaqlıqlarda, toylarda yeməyin ən dadı yerini bunlara yedirdəsən. Ancaq belə situasiyalarda onlar “başda” olmaq istəyirlər. Rüstəm bəy də gəlməsə, mən onu toy generallarının siyahısına daxil edəcəm”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Mən qaçıb gizlənən adam deyiləm...
18.09.2019
Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib
17.09.2019
Sudanda “Türk kəndləri“ salınacaq
17.09.2019
Vilayət Eyvazovdan yeni təyinat
17.09.2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info