“Trthaber.com”: “Azərbaycan xalqı İlham Əliyevin islahatlarını dəstəkləyir”
Tarix: 11.04.2019 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Ölkədə həyata keçirilən davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb və bu gün ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıb. Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Məhz ölkə başçısının fəaliyyəti dövründə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimizin qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə yüksəlib, ölkəmizin beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. Bu gün ölkədə ictimai-siyasi və sosial-iqtisadi sabitlik mövcuddur. Mövcud reallıqları dünyanın ən nüfuzlu reytinq agentlikləri də təsdiqləməkdədirlər. Bu baxımdan Fransanın tanınmış “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunda iştirak edən respondentlərin böyük əksəriyyətinin İlham Əliyevi dəstəkləməsi dövlətimizin başçısının yürütdüyü siyasətin birmənalı şəkildə dəstəkləndiyini bir daha göstərdi.
Rəy sorğusu göstərdi ki, Azərbaycanın güclü, iqtisadi və siyasi cəhətdən müstəqil, daim inkişaf edən demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən, eləcə də qlobal və regional inteqrasiya proseslərində fəal çıxış edən dövlətə çevrilməsi məhz ölkə başçısının uğurlu islahatlarının nəticəsidir.


Dünya mətbuatı “Opinion Way”in nəticələrindən yazır


Təsadüfi deyil ki, dünya mətbuatı da “Opinion Way” şirkətinin rəy sorğusunun nəticələrinə geniş yer ayırıb. Livanın aparıcı kütləvi informasiya vasitələrindən olan “Cedar news”, “əs-Siyasə”, “Arabvoice”, “Naharnews”, “Khabar”, “al-3arabia” və digər xəbər portalları Fransanın “Opinion Way” şirkətinin Azərbaycan Respublikasındakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə keçirdiyi rəy sorğusunun nəticələrini geniş işıqlandırıb. Livan KİV-ləri “Opinion Way” şirkətinin sorğusunun nəticələrini Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, əhalinin təhlükəsizliyinin, insanların əsas hüquq və azadlıqlarının, ölkənin əmin-amanlığının təmin edilməsi, vətəndaşların rifah halının yüksəlməsi, Azərbaycanın müstəqil mövqeyi ilə seçilən dövlət kimi tanınması, beynəlxalq nüfuzunun artması istiqamətində görülən işlərlə əsaslandırır. Azərbaycanın iqtisadi sahədə uğurlarından, dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan nəhəng transmilli energetika və nəqliyyat layihələrindən, demokratik təsisatların möhkəmlənməsi, siyasi plüralizmin təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasını və inkişafı istiqamətində həyata keçirilən ardıcıl siyasətdən söhbət açan Livan KİV-ləri bütün bu nailiyyətləri bütövlükdə Prezidentin yürütdüyü daxili və xarici siyasət kursunun bəhrəsi kimi qiymətləndirirlər.
Türkiyə mediasında da bu mövzu kifayət qədər işıqlandırılıb. Bir çox KİV, mətbuatda, o cümlədən “Trthaber.com” saytında dərc edilən “Azərbaycan xalqı İlham Əliyevin islahatlarını dəstəkləyir” başlıqlı yazıda göstərilir ki, Azərbaycanda keçirilən bir rəy sorğusu xalqın əksəriyyətinin Prezident İlham Əliyevin siyasətini bəyəndiyini və son dövrlərdə həyata keçirilən islahatları müsbət qarşıladığını göstərdi. Burada həmçinin qeyd edilir ki, Fransa şirkəti tərəfindən reallaşdırılan araşdırmaya görə, Prezident İlham Əliyev son bir ildə həyata keçirdiyi siyasi, iqtisadi, sosial, hüquqi, təhsil və səhiyyə kimi sahələrdəki sosial- siyasi islahatlar Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanır. Gənclərin yüksək vəzifələrə irəli çəkilməsi, vətəndaşların devalvasiya səbəbilə artan kredit borclarının silinməsi, Dağlıq Qarabağ müharibəsi şəhidlərinin ailələrinə maddi yardım edilməsi, dustaqların əfv edilməsi, təbii fəlakət və yanğın kimi səbəblərlə bağlı maddi ziyan dəyən vətəndaşlara dövlət dəstəyinin verilməsi kimi son bir ildə görülən işlər İlham Əliyevin populyarlığını daha da artırıb.
“Aa.com.tr” saytında da Fransanın nüfuzlu və peşəkar tədqiqat mərkəzlərindən biri olan “Opinion Way” şirkətinin Azərbaycan Prezidentinin son 1 il ərzindəki fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunun nəticələri barədə məlumat yer alıb.
Məlumatda bildirilir ki, sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. Anadolu Agentliyi sorğu blankında olan digər sualların cavabları barədə də oxuculara ətraflı məlumat verib.


Akkan Suver: Sorğunun nəticələri xalqın öz Prezidentinə olan inamını, dəstəyini bir daha sübut etdi”


Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver bildirib ki, ötən bir ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük uğurlar əldə olunub. Bu nailiyyətlərin əsas səbəbi Azərbaycan xalqının öz liderinə olan inamı və dəstəyidir. Ötən bir ildə Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin dinamik inkişafına mühüm töhfələr verdiyini vurğulayan professor dövlət başçısının TANAP və “Star” neft emalı zavodu layihələrinin gerçəkləşməsi üçün möhkəm siyasi iradə nümayiş etdirdiyini diqqətə çatdırıb.
Akkan Suver deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin və Bakının erməni-daşnak işğalından azad olunmasının 100 illik yubileyləri ilə bağlı dövlət mərasimlərində Azərbaycanın və Türkiyənin eyni sevgi ilə iştirak etməsi iki ölkənin və xalqın əbədi qardaşlığı ilə bağlı dünyaya verilən mühüm mesajdır. Cocuq Mərcanlının müasir standartlara uyğun olaraq yenidən qurulması, vaxtilə burada yaşamış insanların öz doğma yurdlarına qayıtmaları 2016-cı ilin Aprel zəfərindən sonra Azərbaycanın növbəti böyük qələbəsidir. Əlbəttə ki, Azərbaycan xalqı bütün bunları yüksək dəyərləndirir və öz liderinin ətrafında möhkəm birləşir. Dövlət başçısı xalqın dəstəyinə və inamına söykənərək ölkədə sosial-iqtisadi inkişafı uğurla davam etdirir. Bu günlərdə Fransanın peşəkar tədqiqat mərkəzlərindən biri olan “Opinion Way” şirkətinin Azərbaycan Prezidentinin son 1 il ərzindəki fəaliyyəti ilə bağlı çoxsaylı respondentlərin iştirakı ilə keçirdiyi sorğunun nəticələri də Azərbaycan xalqının öz Prezidentinə olan inamını, dəstəyini bir daha sübut etdi.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
15.04.2019
Milyard dollarlıq bazar: fındıq ixracı iki dəfədən çox artacaq
08.04.2019
“Aksam.com.tr”: “Azərbaycan Türkiyədə investisiyalarını artıracaq”
06.04.2019
Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə çatıb
02.04.2019
“Müəllimin nüfuzu artıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info