“Bir kəmər, bir yol“ Çin və Azərbaycanın yaxınlaşması üçün çox böyük imkanlar təqdim edəcək
Tarix: 12.04.2019 | Saat: 11:04:00 | E-mail | Çapa göndər


"Bir kəmər, bir yol" (BRI) təşəbbüsü Çin və Azərbaycanın yaxınlaşması üçün çox böyük imkanlar təqdim edəcək.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "China Daily"yə müsahibəsində deyib.
H.Hacıyev bildirib ki, Azərbaycan 2013-cü ildə Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülmüş təşəbbüsü tamamilə dəstəkləyir: "Çünki qədim İpək Yolunun bərpası bütün ölkələrin inkişafı və çiçəklənməsinə xidmət edəcək".
O qeyd edib ki, Azərbaycan yeni əməkdaşlıq və dostluq körpüləri yaradır: "Biz bu ayın sonunda "Bir kəmər, bir yol" II Beynəlxalq əməkdaşlıq forumunu səbirsizliklə gözləyirik. Azərbaycan bu yüksək səviyyəli tədbirdə fəal şəkildə iştirak edəcək".
H.Hacıyev deyib ki, Azərbaycan dəniz limanları, aeroportlar, dəmir və quru yollarının daxil olduğu nəqliyyat şəbəkəsi yaradıb: "Son illərdə 15 min km quru yolları tikilib və ölkə Xəzərdə iri dəniz limanlarından birini inşa edir. Bütün bunlar qədim İpək Yolunun mühüm nöqtələridir".
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin 2017-ci il oktyabrın 30-da fəaliyyətə başladığını xatırladan PA rəsmisi bildirib: "Bakı-Tbilisi-Qars xətti "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əsas ixracat məqsədilə və aralıq dəhlizi qismində çıxış edir. Azərbaycan, həmçinin İran və Rusiyanın dəmiryolları sistemini birləşdirən Şərq-Qərb və Şimal-Cənub marşrutlarının inkişafı üzərində işləyir".




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Səttar Mehbalıyev: “Jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradılıb”
22.07.2019
Siyasiləşmiş “media ekspertləri”: onlar kimin maraqlarına xidmət edirlər?
22.07.2019
KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar
21.07.2019
Yanes Kosyançiç: Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var
21.07.2019
Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə tam hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info