Misir ordusu “Səhrada tufan” əməliyyatı keçirir
Tarix: 29.07.2013 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


Qahirədə baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb, 700-dən cox yaralı var

Hərbçilər tərəfindən devrilən Misir prezidenti Məhəmməd Mursi Qahirənin yaxınlığındakı keçmiş ölkə başçısı Hüsni Mübarəkin saxlanıldığı “Tora” həbsxanasına köçürülə bilər. “RİA Novosti”nun xəbərinə görə, bu barədə Misirin daxili işlər naziri Məhəmməd İbrahim bəyan edib: “Bildiyiniz kimi, Mursiyə 15 sutkalıq həbs cəzası verilib və onun həbsxanaya köçürülməsi ilə bağlı qərarı yalnız işi araşdıran müstəntiq verə bilər. Çox güman ki, o məhz “Tora” həbsxanasına köçürüləcək”.

Qeyd edək ki, Misirdə qanlı toqquşmalar davam edir. Son toqquşmalar nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb, 748 nəfər yaralanıb. Bu barədə Misirin səhiyyə nazirliyinin açıqlamasında bildirilir. Açıqlamada bildirilir ki, ölənlərdən 9-u İsgəndəriyyədə, 65 nəfəri isə Qahirədə həlak olub. Qahirənin Xeluan rayonunda isə islamçılarla yerli sakinlər arasında baş vermiş toqquşmalarda onlarla insan yaralanıb. “İTAR-TASS”ın xəbərinə görə, “Müsəlman qardaşlar”ın tərəfdarları axşam namazından sonra şəhərdə yürüş etməyə qərara gəliblər, lakin onların yolunu kəsən onlarla yerli sakin aksiyanın qarşısını almağa çalışıb. Tərəflər toqquşma zamanı bir-birilərinə “molotov kokteyli”, daş atıb və hətta odlu silahdan atəş açıblar. İğtişaşlara polis müdaxilə edib. Üzərində kustar yolla hazırlanmış ov tüfəngi aşkarlanan iki islamçı saxlanılıb. Yerli sakinlər islamçıları hərbçilər gələnədək məscidlərin birinə sıxışdıraraq saxlaya biliblər. Misir silahlı qüvvələri isə Sinay yarımadasında “Səhrada tufan” əməliyyatına başlayıb. Sinayın mərkəzində və şimalındakı dağ rayonlarında yerləşən terrorçu bazalarının ləğvinə hesablanmış əməliyyatın ilkin mərhələsinin 3 gün davam edəcəyi gözlənilir. Silahlı qüvvələrin 3-cü səhra ordusunun hücumçu birləşməsinə hava və dəniz qüvvələri də dəstək verir. Süveyş kanalının üzərindəki “Əs-Salam” körpüsü, Əhməd Hamdi adına tunel və bərələr də daxil olmaqla, yarımadanı ölkənin digər hissələri ilə birləşdirən əsas magistral yolları xüsusi nəzarətə götürülüb. Hərbi kəşfiyyatın məlumatına görə, hədəfə alınmış terrorçuların sayı 500 nəfər təşkil edir. Onların hamısının həmin ərazidə olduğu ehtimal edilir. Terrorçular yerli sakinləri canlı sədd kimi istifadə edir, bu da onları təqib etməkdə çətinlik yaradır. Bundan başqa, terrorçularda ağır silahların da olduğu bildirilir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
YPG / PKK Suriyada Əsəd rejimi ilə əməkdaşlıq edir
20.09.2019
Türkiyənin Sudana hümanitar yardımları davam edir
19.09.2019
İndoneziyada korrupsiyada ittiham olunan nazir istefa verdi
19.09.2019
Trampdan FES-in dollar qərarına reaksiya: “Yenə yıxıldılar“
19.09.2019
ABŞ iki gün ərzində İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info