“Yaxın vaxtlarda “milli şura” ilə bağlı sensasiyalı bəyanatlar olacaq”
Tarix: 29.07.2013 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


“Milli şura”nın Gürcüstanda toplaşaraq Rüstəm İbrahimbəyovla görüş keçirməsi artıq ciddi tənqid olunmaqdadır. Millət vəkili, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə Rüstəm İbrahimbəyovun çaşqınlıq içərisində olduğunu deyib.
Millət vəkili bununla bağlı sosial şəbəkələrdə yaydığı fikirlərində qeyd edib: “Radikal müxalifətin seçkiqabağı “milli şura”sının sədri və prezidentliyə namizəd irəli sürdüyü kinorejissor Rüstəm İbrahimbəyov yenidən Azərbaycana gələsi olmadı. Müxalifətin uzun müddət reklam etdiyi dönüş baş tutmadı.
Bu dönüşün olmayacağı əvvəldən də aydın idi. Bunun əsəs səbəbi Rüstəm İbrahimbəyovun üzərinə düşən vəzifəyə hazır olmamasıdır. Siyasətdən və dövlət idarəçiliyindən xəbərsiz və hazırlıqsız ahıl insan artıq hansı yükün altında olduğunu başa düşür. Sadəcə gurultulu çıxışların bəs eləmədiyi, cəmiyyətə real proqram və liderlik xüsusiyyətləri nümayiş etdirməyin vaxtı gəlib çatmışdır. Rusiya və Azərbaycan kinorejissorunun isə buna hazır olmadığı aydın olur”.
Aydın Mirzəzadə maraqlı analiz apararaq müxalifət daxilində olan qruplaşmalara da toxunub: “Radikal müxalifət daxilində kiçik qrupun ilkin planı baş tutdu. Müxalifətin azacıq da olsa, uğur qazandığı ənənəvi seçki planları dağıdıldı, əvəzində tətbiq edilən “milli şura” planı isə artıq problemlər yaratmağa başlayır. Həm format, həm elan edilən prezidentliyə namizəd özünü doğrultmadı. Çünki cəmiyyətin müxalif hissəsinə bəyanatlardan və bir nəfərin tərifindən sonra onların fəaliyyəti də lazım idi. Bu fəaliyyət isə yoxdur, çünki buna hazır deyildilər. Seçkiyə iki aya qədər bir vaxt qalmasına baxmayaraq “milli şura” və onun namizədi hətta ən zəif namizəddən də az hazırlıq nümayiş etdirdi. İbrahimbəyovun hansısa bir müsbət PR-dan söhbət gedə bilməz. Sosial baza böyüyə bilmədi, şuranın aparat rəhbəri Eldar Namazovun ABŞ Konqresində çıxışını isə internetdə cəmi 15 min insan qulaq asdı. 4 milyon yarım seçicinin 0,3 faizi rəqəmi isə çox şeydən xəbər verir.
Bu situasiyada həmçinin Rüstəm İbrahimbəyov da özünə ayırdığı rola hazır olmadığını dərk edib. Onun böyük çaşqınlıq içində olduğu açıq görünür. İlk bəyanatlarından nəinki cəmiyyəti, hətta öz tərəfdarlarını şoka salan İbrahimbəyov hal-hazırda nə etmək lazım olduğunu bilmir. Sadəcə çıxışlar və abstrakt fikirlər artıq seçkiqabağı dövrün bu mərhələsində işləmir.
Ona görə də o, sadəcə olaraq vaxtı uzatmağa çalışır. Nə baş verəcəyi isə onun üçün maraqlı deyil. Onsuz da o, siyasətə təsadüfi gəlmişdi. Ona görə də bu cinahda yaxın zamanlarda sensasiyalı bəyanatların olacağı tamamilə gözləniləndir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Əsrin müqaviləsi” Azərbaycan üçün ən vacib strateji layihələrdən biridir
21.09.2019
Torpağını döyüş meydanına çevirmək istəyən buyursun
21.09.2019
Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır, bununla da əlavə gəlir mənbələri yaradır
20.09.2019
“Bunu belə zənn edənlərin qarşısında Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti olacaq“
20.09.2019
“Təhlükəsiz bölgə yaradılması barədə ləngimə olsa, ABŞ ilə fəaliyyətlərə son qoyular“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info