“Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik”
Tarix: 12.04.2019 | Saat: 14:58:00 | E-mail | Çapa göndər


11 və 12 aprel tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.
İkigünlük seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
sədrinin birinci müavini Səyyad Salahlı, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, gənclər, dini icma sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən RİH başçısının birinci müavini Xanlar Məmmədov ölkəmizdəki nümunəvi dövlət-din münasibətlərindən söz açıb. Bildirib ki, dinə dövlət qayğısının təməlində milli-mənəvi dəyərlərimizin qorunması, qloballaşan dünyada milli özünəməxsusluğun itirilməsinin qarşısının alınması, Azərbaycançılıq məfkurəsinin təbliği və gəncləri milli ruhda
yetişdirmək istəyi durur. DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında dövlətin dini etiqad və vicdan azadlığının təmin olunması istiqamətində həyata
keçirdiyi tədbirlər barədə danışıb. Vurğulayıb ki, Azərbaycan hakimiyyəti dini durumun sabitliyinin qorunması, dini dözümlülük ənənələrinin qorunub saxlanılması və radikallıq meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Azərbaycanda gündən-günə dini etiqad azadlığının təmin olunmasına, icmaların dini
ayin və mərasimləri sərbəst yerinə yetirməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və tolerantlıq ənənələrinin gücləndirilməsinə diqqət daha da artırılır. Respublikada bütün dinlərin nümayəndələrinə dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün bərabər imkanlar yaradılıb. Müasir dövrdə dövlətin qarşısında duran əsas vəzifələrdən birinin də
milli-mənəvi dəyərlərin, tolerantlıq ənənəsinin qorunması, eyni zamanda
gənc nəslə aşılanması olduğunu diqqətə çatdıran Səyyad Salahlı dini dəyərlər sisteminin kompleks şəkildə öyrənilməsinin və cəmiyyətə çatdırılmasının əhəmiyyətinə toxunub. Qeyd edib ki, gənclərimizin radikal qüvvələrin təsirlərindən qorunması üçün İslam dininin ifratçılıqdan, təhriflərdən uzaq formada təbliği xüsusi önəm kəsb edir.
RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı rayondakı dini durum barədə ümumi məlumat verib, Biləsuvarda dini icmaların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirib. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov
Azərbaycan dövlətinin ölkədəki dinlərə və dindarlara qayğısı barədə geniş çıxış edib.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə vurğulayıb ki, müasir dünyada ifratçılığın ən qabarıq şəkildə özünü göstərən formalarından biri dini radikalizm və ekstremizmdir. Dini radikalizmə qarşı mübarizədə maarifləndirmənin önəmindən danışan natiq bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyətinə diqqət çəkib. İslam dininin sülhsevərliyi, tolerantlığı, həmçinin zorakılığa və terrora qarşı olmasından bəhs edən “Üfüqdəki gələcək” filminin də nümayiş olunduğu seminar-müşavirənin sonunda iştirakçılara DQİDK tərəfindən çapına icazə verilmiş dini ədəbiyyatlar paylanılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Qaradağ Rayon İcra Hakimiyyətində Milli Mətbuatın 144 illiyi qeyd edilib
22.07.2019
Masallının “Yeni həyat“ qəzetinin redaksiyasında Milli Mətbuat Günü qeyd edilib
22.07.2019
Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib
22.07.2019
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22.07.2019
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info