“Milli şura” vahid namizəd məsələsində öz-özünü işə salıb”
Tarix: 29.07.2013 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


“Milli şura” prezidentliyə vahid namizəd məsələsində öz-özünü işə salıb. Müsavat Partiyası deyəndəki, burada riskli hərəkətlər var, “milli şura”da təmsil olunan digər partiyalar birmənalı şəkildə bu açıqlamanı yanlış adlandırırdılar, müxtəlif yerə yozanlar da var idi. Amma indi zaman göstərir ki, 2 ay yarımdan sonra seçkilərdir, lakin “milli şura”nın vahid namizədinin Azərbaycana gəlişi sual altındadır”.
Bunu “Trend”ə “milli şura”da təmsil olunan Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib. S.Əlisoy deyib ki, bu, müxalifətin seçkidə hansı formada iştirakının effektiv olacağını şübhə altına qoyur: "Müxalifətin bugünkü durumunda bir xaos görürəm. Hesab edirəm ki, daha ciddi şəkildə, effektiv metodlar ortaya qoyulmalı idi, təəssüf ki, bu, baş vermədi. Son qərar olaraq Rüstəm İbrahimbəyovun namizədliyi üzərində dayanılıb". Müsavat rəsmisi deyib ki, siyasətlə maraqlanan hər bir Azərbaycan vətəndaşının qarşısında bir sual durur: “Rüstəm İbrahimbəyov Azərbaycana gəlməsə, nələr baş verəcək? Bəziləri müxalifəti seçkiləri boykot etməyə çağırırlar, lakin siyasi partiyaların işi seçkilərdə iştirak etməkdir. Yəni, demokratik seçki mühitinin bərqərar olunması üçün mübarizə aparmaq lazımdır. Təəssüf ki, indi müxalif düşərgədə bir qeyri-müəyyənlik hökm sürür".
S.Əlisoy bildirib ki, hətta R.İbrahimbəyov bundan sonra Azərbaycana gələ bilsə, vergi məsələləri həll olunsa belə, seçki kampaniyası ilə bağlı sıx qrafik yaranacaq: "Müxalifətin ölkə boyu seçicilərlə görüşüb, onların nə istədiyini, xalqa nə verəcəklərini isbatlamağa zamanı olmayacaq".




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Azərbaycanda 108 nəfər koronavirusa yoluxdu, 131 nəfər sağaldı, 2 nəfər vəfat etdi
25.09.2020
Ədliyyə Nazirliyi: Bu il 2 minə yaxın məhkum vaxtından əvvəl cəzadan azad olunub
25.09.2020
Baş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edib
25.09.2020
Azərbaycanda 101 nəfər koronavirusa yoluxdu, 137 nəfər sağaldı, 2 nəfər vəfat etdi
24.09.2020
Azərbaycanda 162 nəfər koronavirusa yoluxdu, 133 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
4 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
5 Opera səhnəmizin “Nigar”ı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info