Ramiz Alıyev: “Dövlətimiz insan alverinə qarşı mübarizədə qətiyyətli addımlar atır”
Tarix: 12.04.2019 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi Siyəzən Şəhər inteqrasiya təlimli internat tipli gimnaziyasında müəllim və şagirdlərin iştirakı ilə “insan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda tədbir təşkil etmişdir. Tədbirdə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis- mayoru Elşən Həşimov, İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının rəhbəri Ramiz Alıyev və gimnaziyanın direktoru Əminə Musayeva iştirak etmişlər. Məruzəçilər sözügedən cinayət növü və onunla mübarizə mexanizmlərindən, dövlətimizin digər cinayət növləri kimi insan alveri ilə və onunla məşğul olan cinayətkarlarla da kəskin mübarizə aparıldığını bəyan etmişlər. Tədbiri giriş sözü ilə açan Əminə Musayeva rəhbərlik etdiyi internat evi haqqında, şagirdlərlə bağlı qurulan ünsiyyət və onlara dövlətimizin diqqət və qayğısı haqqında məlumat vermişdir. Elşən Həşimov baş idarənin fəaliyyəti istiqaməti və görülən işlərlə bağlı, aparılan əməliyyat -axtarış tədbirləri haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Ramiz Alıyev isə Azərbaycan dövlətinin insan alveri ilə bağlı həssaslığını, bu cinayətkarlıqla mübarizədə kəskin müvarizə aparıldığını, cənab Prezidentin tapşırığı və göstərişi ilə DİN-nin rəhbərliyinin xüsusi nəzarəti ilə insan alverinə qarşı mübarizədə qətiyyət nümayiş olunur, hər ilə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Milli Məclisdə illik hesabat ilə çıxış edir və mütamadi olaraq bu sahədə fəaliyyət göstərən Vətandaş Cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirir. Natiq çıxışı zamanı bildirmişdir ki, “Dövlətimiz insan alverinə qarşı mübarizədə qətiyyətli addımlar atır” Tədbir sual cavab ilə davam etmişdir və sonda DİN-nin məcburi əmək ilə bağlı çəkdirdiyi filmi tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
23.04.2019
Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq
23.04.2019
Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib
23.04.2019
“Formula-1” Azərbaycan Qran-prisi telekommunikasiya xidmətləri ilə tam təchiz edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info