İsrailin bir sıra şəhərlərində “Nəsimi - 650” festivalı keçiriləcək
Tarix: 12.04.2019 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


“Azİz” İsrail-Azərbaycan beynəlxalq assosiasiyası İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar bu ilin mayında İsrailin bir sıra şəhərlərində “Nəsimi - 650” festivalı təşkil edəcək. Trend bu barədə Assosiasiyaya istinadən məlumat verir.
Festival proqramının əsas hadisəsi poeziya müsabiqəsi olacaq. Müsabiqədə doğulduğu ölkədən, dilindən və şeirin mövzusundan asılı olmayaraq hər kəs iştirak edə bilər. Daha ətraflı məlumatı “Azİz”in saytından əldə etmək olar. Birinci turda oxucularımız ən yaxşı şairləri açıq səsvermə yolu ilə seçəcək, ikinci turda isə "Maqsud İbrahimbəyov" yaradıcılıq mərkəzinin direktoru Anna İbrahimbəyovanın rəhbərliyi ilə beynəlxalq münsiflər heyəti qalibləri müəyyənləşdirəcək. Qalibləri qiymətli mükafatlar gözləyir: Bakıya səyahət və planşetlər. “Nəsimi - 650” poeziya müsabiqəsində iştirak edən şeirlərə səs verməyi arzulayanlar bu keçiddən istifadə edə bilərlər: “Nəsimi - 650” poeziya müsabiqəsinin iştirakçıları Poeziya müsabiqəsi ilə yanaşı, festival çərçivəsində Maqsud İbrahimbəyovun sonuncu kitabı “Cəhənnəm soyudu” əsəri təqdim olunacaq.
Bundan başqa, festival zamanı “İmmolatio” pyesinin müəllifləri – çexiyalı şairə Leyla Cəfərova Beqim və İsrail kinematoqrafçısı Yefim Abramovla görüş keçiriləcək. Pyes iki böyük etirazçı – azərbaycanlı İmadəddin Nəsimi və çex Yan Qusun talelərinin mistik oxşarlığına həsr olunub. Festival çərçivəsində, həmçinin “Azərbaycanın 7+7 möcüzəsi” fotosərgisi keçiriləcək. Bütün arzu edənləri “Nəsimi-650” festivalında iştirak etməyə çağırır.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
“Son nəfəsədək” filmi nümayiş olunub
22.07.2019
‘‘Saraybosnanın Qəlbi“ mükafatı uğrunda 53 film mübarizә aparacaq
21.07.2019
Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info