“Cnnturk.com”: “Rəy sorğularına görə, İlham Əliyevə 90 faiz dəstək”
Tarix: 12.04.2019 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Azərbaycanın dövlət başçısı İlham Əliyevin Prezident seçilməsinin 1 ili və Fransanın nüfuzlu və peşəkar tədqiqat mərkəzlərindən biri olan “Opinion Way” şirkətinin Azərbaycan Prezidentinin bu müddət ərzindəki fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunun nəticələri Türkiyə KİV-ləri, mediasında geniş işıqlandırılıb.
“Cnnturk.com” saytında “Rəy sorğularına görə, İlham Əliyevə 90 faiz dəstək” başlıqlı yazı dərc edilib. Bu yazıda qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətdə olmasının 16 ili tamam oldu. Həm Azərbaycan, həm də xarici mərkəzli şirkətlərin rəy sorğularına görə, xalqın 90 faizi İlham Əliyevin islahatlarından razıdır.
Burada göstərilir ki, İlham Əliyev 2003-cü ildən bəri Azərbaycanın dövlət başçısıdır və rəy sorğularına görə, xalq son illərdə xüsusilə həyata keçirilən iqtisadi islahatlardan razıdır. Xalqın böyük əksəriyyəti İlham Əliyevin fəaliyyətini bəyənir. Fransa mərkəzli şirkətin keçirdiyi rəy sorğusu da bu məlumatı təsdiqlədi. İlham Əliyevin siyasi, iqtisadi, sosial, hüquqi, təhsil və səhiyyə sahələrindəki siyasətləri müsbət qarşılanır.
Rəy sorğusuna görə, iştirakçıların 90,5 faizi İlham Əliyevin həyata keçirdiyi islahatları müsbət qarşılayır. Respondentlərin 80 faizi ölkədəki sosial və iqtisadi sabitliyi Prezidentin fəaliyyətinin uğurlu bir nəticəsi olaraq dəyərləndirib.
Gənclərin yüksək vəzifələrə irəli çəkilməsi, devalvasiya ilə bağlı artan kredit borclarının silinməsi, Dağlıq Qarabağ müharibəsində həlak olanların ailələrinə maddi yardımın göstərilməsi kimi amillər dövlət başçısının ölkədəki populyarlığını artırıb. Sorğu iştirakçılarının 75,6 faizi ölkə başçısının seçki vədlərini yerinə yetirdiyini söyləyib. Həmçinin korrupsiyanın aradan qaldırılması üçün görülən tədbirləri “təsirli” olaraq dəyərləndiriblər. Sorğu Prezidentin həyata keçirdiyi xarici siyasətə də xalqın müsbət baxdığını göstərib. İştirakçıların 73,9 faizi İlham Əliyevin xarici siyasətdəki həmlələrini “çox yaxşı” adlandırıb.
Azərbaycan hökumətinin məlumatlarına görə, İlham Əliyev hakimiyyət başladığı 2003-cü ildən indiyədək ölkə iqtisadiyyatı 3 dəfə artıb. Ölkədə 12 min 300 kilometr yol çəkilib. Ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə yatırılıb. Azərbaycanının pul ehtiyatları 23 dəfə artıb. 2 milyon nəfər işlə təmin edilib. Xarici borc faizi 22,8 faizdən 19 faizə qədər azalıb. Dünya Bankının hesabatına görə, Azərbaycan bir ildə 32 pillə irəliləyərək siyahıda 25-ci sıraya yüksəlib. Ötən il Azərbaycanın nəhəng enerji layihəsi olan Cənubi Qaz Dəhlizi açılıb. Bu dəhliz Türkiyə üçün də önəmlidir. Türkiyə və Azərbaycanın indiyədək müvəffəqiyyətlə həyata keçirdikləri layihələrin enerji sahəsindəki ən önəmli təmsilçilərindən biri olan TANAP uğurla nəticələnib.
Qeyd edək ki, ölkə başçısının yenidən Prezident seçilməsinin bir ili və son rəy sorğusunun nəticələri ilə bağlı Anadolu Agentliyi, “Ülke TV”, “CNN Türk TV” kanalları, “yeniakit.com.tr, ”, “timeturk.com”, “4haber.com”, “tbajansi.com və digər nüfuzlu xəbər saytları, “Ülke TV” və “CNN Türk TV” kanallarında geniş məlumatlar və reportajlar öz əksini tapıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Naxçıvanda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib
15.07.2019
Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alanlardan 1 nəfər dünyasını dəyişib
15.07.2019
Ölkədə maqnit qasırğası var?
15.07.2019
Rasim Əliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
15.07.2019
DİN vakant polis nəfəri vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info