Azərbaycan qonşu Ermənistanın “hibrid müharibə” hücumları ilə dəfələrlə üzləşib
Tarix: 12.04.2019 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Azərbaycan qonşu Ermənistanın “hibrid müharibə” hücumları ilə dəfələrlə üzləşib. Trend-in məlumatına görə, bunu Milli Məclisin AŞ PA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun yaz sessiyasında “Sosial media: ictimai mövzular, yoxsa insan haqları üçün təhlükələr?” adlı qətnamə layihəsinin müzakirəsi zamanı deyib.
S.Fətəliyeva qeyd edib ki, Azərbaycan qonşu Ermənistanın “hibrid müharibə” hücumları ilə dəfələrlə üzləşib və üzləşir: "Azərbaycan ərazilərini işğal edəndə Ermənistan hərbi əməliyyatlarla yanaşı, informasiya-psixoloji əməliyyatlar da aparırdı. Dezinformasiya şəklində özünü göstərən “hibrid müharibə”də olduğu kimi, informasiya müharibəsi və işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı qanlı etnik təmizləməni gizlətməyə yönələn erməni təbliğatı həyata keçirilirdi. Son illərdə Azərbaycana qarşı aparılan "hibrid müharibə"yə Qərb ölkələrində yeni iştirakçılar cəlb olunub. Onlar sosial mediada getdikcə fəallaşır, iğtişaş və itaətsizliyə çağırışları artırır, ölkəyə və hökumətə qarşı daha çox əsassız ittihamlar irəli sürürlər. Onların mənfi davranışları əxlaq qaydalarını pozaraq sui-istifadə və təhqir səviyyəsini alır. Onlar özlərini "Vətən övladları", "onun üçün savaşanlar" və "vətənpərvərlər" adlandırsalar da, unudurlar ki, daimi yaşayış və "aktiv" fəaliyyət yeri olaraq vətəndən uzaq məkanı seçiblər. Ümid etmək istəyirəm ki, bu saxta vətənpərvərlər bu cür alçaldıcı addımları öz ürəklərinin səsi ilə deyil, şüursuz surətdə atıblar. Bacarıqlı manipulyatorların təcrübəli əllərinin idarə etdiyi belə marionetlərin sayı dünya siyasi texnologiyalar sahəsində artmaqdadır”.
Millət vəkili bildirib ki, bu gün dünyanın müxtəlif yerlərində risklər, hədələr artmaqda, qanlı münaqişələr və qarşıdurmalar genişlənməkdədir: "Dünyada risklərin artması tendensiyası davam edir. Ancaq Azərbaycanda sabitlik, təhlükəsizlik və normal yaşayış təmin olunur. Bu gün sosial mediadan ölkənin sabitliyinə və təhlükəsizliyinə zərbə vurmaq üçün istifadə olunur. Əlbəttə ki, bu, yalnız Azərbaycanı narahat etmir. Belə mənzərə ilə üzləşmiş dünya ictimaiyyəti də narahatdır. Buna müqavimət göstərmək üçün müəyyən mexanizmlər və qanunvericilik işlənib hazırlanmalıdır".
S.Fətəliyeva deyib ki, informasiya anlayışı dəyişib, həqiqi və saxta olayların virtuallaşması sürətlə artır: "İnsanlar çox vaxt sosial mediadakı məlumatın həqiqətə söykənib-söykənməməsini düşünmədən onun tamamilə həqiqi və obyektiv olduğuna inanır. Tədricən virtual aləmin hadisələri gerçək dünyanın hadisələrini əvəzləyir. Bunun nəticəsində sosial media asanlıqla siyasi, sosial təbliğat alətinə çevrilir. Bu isə öz növbəsində, istənilən "hibrid müharibə"nin - informasiya məkanındakı müharibənin vacib elementlərindən biridir".
O diqqətə çatdırıb ki, dövrümüzdə informasiya məkanı getdikcə zorakılıqlar məkanı kimi qəbul edilir: “Müasir münaqişələrin əsas hədəfi isə düşmən üzərində informasiya üstünlüyünü ələ keçirmək və qoruyub saxlamaqdır. "Hibrid müharibə"nin əsas elementi olan informasiya müharibəsi daimi dezinformasiyaya, psixoloji təsirə, informasiya hücumlarına əsaslanır. Müasir münaqişələrdə qalib gəlməyin əsas şərtlərindən biri informasiya üstünlüyüdür. Bu gün informasiya müharibələri sülh dövründə baş verir, informasiya domenləri bəzən psevdo-məlumat daşıyıcısı kimi çıxış edir, media və kommunikasiyalar, qlobal informasiya şəbəkəsi olan internet və açıq informasiya resursları lazım gəldikdə hədəf ölkədə ictimai rəyi idarə etmək, cəmiyyəti yanlış məlumatlandırmaq və yanlış yönləndirmək üçün fəal şəkildə istifadə olunur”.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
“Erməni soyqırımı”, yalanlar və gerçəklər: Qərbin Türkiyəni şantaj siyasəti
23.04.2019
Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
22.04.2019
Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər
20.04.2019
Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info